hemle

Almaz İlahə müraciət etdi

Tarix:15-04-2020, 19:57
Baxış Sayı:553

ÜNVANLI
HƏR KƏSƏ SƏSLƏNİRƏM
Əziz həmvətənlilərim, dürüst olan qardaş bacılarım bu yazıda işlədəcəyim bəzi fikirlərə görə sizlərdən üzr istəyirəm.
Amma bir misal var "Desəm öldürərlər deməsəm ölləm."
Həqiqətən bu gün aztəminatlı ailələrin vəziyyət çox ağırdıt. Və bu çətin gündə dövlətdən bəhrələnən amma bu gün kənarda "şkurasın" dərisi qoruyanlara üz tutub deyirəm.
Bu gün vətən dardadır. Xalqın bu çətin günündə təşkilatlar, ictimai xadimlər, iş adamları, məmurlar hardasınız? Sizlərə necə çağırış edək ki, müəllətin səsini duyasınız? Necə bildirək ki, millətimiz çox çətin günlər yaşayır. Bundan da ağır günlər olacaqmı?!
Xalqdan bəhrələnən müğənnilər hardasınız?
Nənələrin əlini öpən namizədlər hardasınız?
Xalqa söz verən millət vəkilləri hardasınız?
Şou biznesin gülləri, çiçəkləri, ay naz nemət içində üzən göyçəkləri hardasınız?
Hardasınız məhsullarına reklam üçün pul buraxanlar?! Həə məhsullar onların içində can da var, cananda var.
Hardasız əli yağda balda olan məmur xanımları? Axı bir xəz dərinizin pulu ilə ən azı 100 ailənin azuqəsini verə bilərsiniz? Heç düşünürsünüzmü sizin həyat yoldaşınızın yaratdığı şərait, naz nemət bu millətindir. Bir ömür onlardan yediyinizi bir gündə onlara verin.
Hardadır pul içində üzən qardaşlar. İstənilən arzusuna pul gücünə çatan kişilər? Bir gündə müğənnini pulu gücünə ulduz edən qaqaşlar hardasınız?
Hardasız poddelka dindarlar? Ad üçün ziyarətləri gəzən kərbəlayilər, həcilər.
Gözəlliyindən keçmədikləri xanımları pulu ilə dili ilə yalançı siğələri ilə ram edən dindarçilər hardasınız? O qadınlara payladığınız pulun bir aylığın bu xalqa, millətə ayırın. Evdə qalmağınızın bu millətə bir xeyri olsun.
Allah bu bəlanın çox azını bizim respublikaya saldı. Şükür. Baxın başqa respublikalarda milçək kimi qırılan insanlara baxın.
Hələdə Allahın göndərdiyi bu sınaq sizləri yatdığınız yuxudan ayıltmırmı?
Ayılın bu qəflət yuxusundan .
Darda olanlara əl uzadın. Karonavirusdan dəfn olunan video sujetlərə baxın və dərk edin ki, hər an sizlər də onlardan biri ola bilərsiniz.
Allahın mərhəməti böyükdür. Amma səbrinin bitdiyi zamanda ola bilər. Mərhəmətli və səxavətli olun ki Allah da sizə qarşı mərhəmətli olsun! Unutmayın atdığınız hər bir addımın qarşılığın geri alacaqsınız!
Almaz İlahə

Digər xəbərlər
10:17 Gürcüstanda parlament seçkiləri keçirilir
10:07 Gündə neçə stəkan çay içmək olar? - Həkim normanı keçməyin nələrə səbəb olduğundan danışdı
10:06 Vətən müharibəsinin 30-cu günü - Üçüncü atəşkəs elan olunur
09:46 ABŞ yeni silah alır: Rusiya və Çin peyklərini zərərsizləşdirəcək
09:39 Naxçıvanda əhali arasında vaksinasiya aparılır
09:36 İsrail İrana ikinci dəfə zərbə endirib
18:43 Əhaliyə həftəsonu ilə bağlı XƏBƏRDARLIQ: Hazırlıqlı olun!
18:36 Bu şəxslərə verilən müavinət ARTIRILIR