hemle

Deputata etiraz: “İnsanları nadan adlandırmaq doğru deyil”

Tarix:12-04-2020, 17:20
Baxış Sayı:387

Son günlər idmançı Kamil Zeynallının yardım videoları, "Restoranlarda pullar xərcləyən, "Gelandewagen", "Porsche" sürənlər haradadır?" fikirləri müzakirələrə səbəb olub. Onun bu xeyirxah addımını alqışlayanlarla yanaşı, videoları paylaşmaqla özünü reklam etdiyini düşünənlər də var. Belə düşünənlərdən biri də Afət Fərmanqızıdır.
BAKU.WS xəbər verir ki, Afət ARB-nin "Ona qalsa" proqramında ad çəkməsə də, səsləndirdiyi fikirləri Kamilə ünvanlandığını anlamaq çətin deyil.
"Əgər sənin 5 çörəyin varsa və sənin qohumunda, qonşunda ac varsa, bunu necə tək yeyə bilərsən? Paylaşmalısan. Amma qarşındakını alçaltmamaq şərtilə.
Hər bir nəsildə-kökdə mütləq imkanı bir az babat olan var. Bu çətin günlərdə hərə öz ətrafına, qohum-əqrabasına çörək versin, onu da heç kimə bildirməsin. Onu sındırmasın. Mən belə düşünürəm və buna riayət edirəm. Demirəm, bütün nəsilə baxıram, bacardığımı, gücüm çatanı edirəm. Alacaqlarım var idi, onlardan vaz keçdim. Mən öz qohum-əqrəbamdan artıq qalarsa, tanımadıqlarıma yardım edərəm.
Mənim üstümə çox gəldilər, hətta bəziləri sosial şəbəkələrdə çəkib paylaşır, ordan-burdan söz atır ki, "Gelandewagen", "Porsche" sürənlər niyə yardım etmir? Başa düşmürəm, 50 dərəcə istidə toy oxuyub, zülm çəkib özüm üçün güzəran qurmuşam və nəyisə almışam ki... (fikrini sonlandırarsa qalmaqala səbəb olacağını düşünən Afət qısa pauzadan sonra sözünü belə davam edir) Sizin balalarınızın toyuna sürüb getməkçün almışam o maşını, sizin üçün etmişəm".

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı