hemle

Roza Zərgərlinin oğluna ev verilməsinin səbəbi AÇIQLANDI - YENİLƏNİB

Tarix:6-07-2022, 13:41
Baxış Sayı:223

Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarova Prezident İlham Əliyev mənzil verib.

ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Corc Qafarova dövlət tərəfindən mənzil verilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilib.


Bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Soial Xidmətlər Agentliyinə təqdim edilmiş və Suraxanı rayonu 2 saylı Uşaq Evindən 11.03.2022-ci il tarixində verilmiş arayışda onun 2005-ci ildə “Ümid Yeri” Uşaq Sığınacağından Suraxanı rayonu 2 saylı Uşaq Evinə yerləşdirildiyi qeyd olunub.

Corc Qafarov 282 saylı orta məktəbin XI sinfini bitirib və Uşaq Evində yaşadığı müddətdə heç bir yaxın qohumu ilə əlaqəsi olmayıb.

Övladlığaverilmə prosesi 18 yaşınadək olan uşaqlara şamil edildiyi üçün 24.02.1995-ci il təvəllüdlü Corc Qafarov rəsmi olaraq övladlığa verilməyib.

Qeyd olunanları nəzərə alaraq dövlət uşaq müəssisəsinin məzunu olaraq 04.07.2022-ci il tarixində Abşeron rayonunda yerləşən yeni yaşayış kompleksindən 1 otaqlı mənzil təqdim olunub.


***11:54

Aktyor Corc Qafarova Prezident İlham Əliyev mənzil verib.

Bu haqda Corc sosial şəbəkə hesabında paylaşım edib. O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təqdim etdiyi sənədin fotosunu yayımlayıb.

"Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla mənzillə təmin olundum. Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm", - deyə Corc qeyd edib.

Bildirək ki, Corc və qardaşı Jerar anasını itirdikdən sonra 2 saylı uşaq evində qalıb. Daha sonra müğənni Roza Zərgərli onları övladlığa götürüb.

Roza Zərgərlinin oğluna ev verilməsinin səbəbi AÇIQLANDI - YENİLƏNİB

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar