hemle

Dünən iki qadın fiziki təzyiqə məruz qaldı

Tarix:4-07-2022, 15:00
Baxış Sayı:202

Dünən 2 qadın fiziki zorakılığa məruz qalıb.

Bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O qeyd edib ki, qadının biri içki düşkünü olan atası və qardaşı tərəfindən 7 yaşlı övladının gözü qarşısında döyülüb və 37-ci polis bölməsi tərəfindən Sosial Xidmətlər Agentliyinin Sosial Sığınacağına yerləşdirilənədək müvəqqəti Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçəcək:

“Digər qadın da gecə saatlarında əri tərəfindən fiziki zorakılığa məruz qalaraq evdən qovulub. Qaradağ rayonu 10-cu Polis Bölməsində şikayət ərizəsi var, ekspertizadan da keçirilib. Hazırda mühafizə orderinin alınması üçün qadını Qaradag Rayon İcra Hakimiyyətinə yönləndirmişəm.

Hər iki qadına dəstək olmağı aidiyyəti qurumlardan - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi rəhbərləri və əməkdaşlarından rica edirəm”.

Digər xəbərlər
15:17 Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
15:04 İsrailin öldürdüyü iranlı nüvə alimlərinin SİYAHISI
15:02 İranın İsrailə hücumu nəticəsində ölənlərin sayı artdı
14:59 Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır
14:57 İrandan Azərbaycana təxliyə edilən ruslar Moskvaya nə vaxt göndəriləcək?
14:55 İsrail İrana qarşı hərbi əməliyyatı genişləndirdi
14:53 70 min nəfərin maaşı artırılacaq
14:48 Dünya qlobal müharibəyə bu qədər yaxın olmayıb - FƏLAKƏT XƏBƏRDARLIĞI