hemle

Küçədə fiziki təzyiqə məruz qalan qadınla bağlı - DİN-dən açıqlama

Tarix:16-05-2021, 18:54
Baxış Sayı:269

Sosial şəbəkələrdə qadının fiziki təzyiqə məruz qalması ilə bağlı yayılan görüntülərdə əks olunan şəxslər məlumdur.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev yayılan görüntülərlə bağlı "Qafqazinfo"ya bildirib ki, fakt mayın 16-da Nəsimi rayonu, Cavadxan küçəsində qeydə alınıb.

Araşdırmalarla müəyyən olunub ki, “Volksvagen” markalı avtomobilin sürücüsü əvvəllər tanıdığı 32 yaşlı qadınla avtomobildə mübahisə edib. Avtomobildən uzaqlaşamağa çalışan qadını sürücü yenidən maşına qaytararaq, mübahisəni davam etdirib. Hər iki şəxs keçirilən müvafiq tədbirlərlə müəyyən olunaraq, Nəsimi RPİ 19-cu Polis Şöbəsinə dəvət ediliblər.

Hazırda Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir