ATESH,AZ saytı xəbər verir
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin icra etdiyi “Şəhidlərimizin tanıdılması məqsədi ilə “Vətən yolu” sənədli filmin çəkilməsi” adlı layihənin maliyyə dəstəyini Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi verib. 2021-ci ildə elan olunmuş kiçik qrand layihələri müsabiqəsində qalib olan Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin həyata keçirdiyi “Şəhidlərimizin tanıdıması məqsədi ilə “ Vətən yolu” adlı layihənin icrası sona çatdı
Layihənin icrası məqsədi ilə “Vətən yolu” filminin Yardımlı və Beyləqan rayonlarında çəkildi. Haqqında film çəkilən şəhidlərimizin biri 1992-ci ildə Qarabağda Vətən müharibəsində 27 yaşında şəhid olmuş Yaqublu Telmanın oğlu Yaqublu Fərman Telman oğlu da 2020-ci ildə 44 günlük Vətən müharibəsində 27 yaşında şəhid olmuşdur. Digər şəhidimiz isə Yardımlı rayonunun Çayüzü kəndindən olan qazi Elşən Aslanovun 2020-ci ildə vətən uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlu Tural Aslanovdur. Filmdə hər üç şəhidin və bir qazinin həyatı işıqlandırılıb. Layihəmizin icrası məqsədi ilə çəkilmiş “Vətən yolu” filminin 16 may 2022-ci il tarixində saat 12-00 da Beyləqan rayon, 17 may 2022-ci il tarixində saat 11-00 da isə Yardımlı rayon Mədəniyyət evlərində təqdimat tədbiri keçirildi. Tədbirlərdə şəhidlərin ailə üzvləri, ictimaiyyət nümayəndələri, şagirdlər, qazilər iştirak etdilər. Layihə rəhbəri Radə Abbasa tədbirlər zamanı öz çıxışında Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və layihə haqda geniş məlumat verdi. Layihənin Yardımlı və Beyləqan rayonlarında icra edilməsi səbəbini çatdırdı. Bu bizim vətənimizdir, vətən uğrunda savaşıb şəhid olanın köhnəsi təzəsi olmaz dedi.
24 may 2022-ci il tarixində saat 10-00 da “Vətən yolu” filmi N saylı hərbi hissənin əsgərin qarşısında nümayiş edildi. Əsgələr də məlumatlandırıldılar.
Layihənin icrasında Beyləqan Rayon İcra Haskimiyyətinin müavini Yeganə xanım özünü dövlət məmuruna yaraşmayan tərzdə apardı. Bununla bağlı layihəmiz adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına əlavə müraciət ünavanlayacağıq. Yardımlı rayonunda isə Vəziyyət çox fərqli oldu. Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısına və bütün əməkdaşlarına təşəkkür edirik. Başçının müavini Əfasanə xanım Məmmdova dövlətini və vətənin sevən bir kollektivi ləyaqətlə təmsil etdi.
Layihə ilə bağlı mətbuatda geniş məlumatlandırma işləri həyata keçirdik.
Allah bütün şəhidlərimizə rəhmət eyləsin!.
MVQSYİB-nin sədri, layihə rəhbəri Radə Abbs