hemle

Yardımlı Mədəniyyət evində “Vətən yolu” filminin təqdimat tədbiri keçirildi.

Tarix:7-06-2022, 22:43
Baxış Sayı:410

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin icra etdiyi “Şəhidlərimizin tanıdılması məqsədi ilə “Vətən yolu” sənədli filmin çəkilməsi” adlı layihənin maliyyə dəstəyini Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi verib. 2021-ci ildə elan olunmuş kiçik qrand layihələri müsabiqəsində qalib olan təşkilatımızın məqsədi vətən uğrunda şəhid və qazi olmuş vətən oğullarının tanıdılmasıdır. Layihənin icrası məqsədi ilə “Vətən yolu” filmi artıq hazırdır 16 may 2022-ci il tarixindən filin təqdimat tədbiri Beyləqan rayonunda keçirilib. Haqqında film çəkilən şəhidlərimizin biri 1992-ci ildə Qarabağda Vətən müharibəsində 27 yaşında şəhid olmuş Yaqublu Telmanın oğlu Yaqublu Fərman Telman oğlu da 2020-ci ildə 44 günlük Vətən müharibəsində 27 yaşında şəhid olmuşdur. Digər şəhidimiz isə Yardımlı rayonunun Çayüzü kəndindən olan qazi Elşən Aslanovun 2020-ci ildə vətən uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlu Tural Aslanovdur. Filmdə hər iki şəhidin həyatı işıqlandırılıb. Layihəmizin icrası məqsədi ilə çəkilmiş “Vətən yolu” filmi artıq hazırdır. 17 may 2022-ci il tarixində saat 11-00 da Yardımlı rayon Mədəniyyət evində “Vətən yolu” filminin təqdimat tədbiri keçirildi. Tədbirdə şəhid Tural Aslanovun ailə üzvlər və yaxınları, Turalın böyüdüyü Çayüzü kəndinin əhalisinin bir qısmi, ictimaiyyət nümayəndələri, şagirdlər, qazilər, yardımlı rayonundan olan digər şəhidlərin ailələri iştirak etdilər. Tədbiri Yardımlı rayonundan olan şair Əlisəfa Yardımlı açıq elan etdi. Şəhidlərin ruhuna ehtiram olaraq bir dəqiqələlik sükut elan olundu. Sonra isə Azərbaycanın Dövlət himni səsləndirildi. İlk söz layihə rəhbəri Radə Abbasa verildi. Radə Abbas Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və layihə haqda geniş məlumat verdi. Layihənin Yardımlı və Beyləqan rayonlarında icra edilməsi səbəbini çatdırdı. Bu bizim vətənimizdir, vətən uğrunda savaşıb şəhid olanın köhnəsi təzəsi olmaz dedi. Yardımlı rayonunda qarşılaşdığı insanlardan, 1992-ci ildə bir evdən 4 qradaşı ilə müharibəyə yollanmış şəhid Turalın qazi atası Elşəndən danışdı.
Tədbirin aparıcısı ilk sözü şəhid Tural Aslanovun qazi atası Elşən Aslanova verdi, sonra söz şəhidin yaxınlarına verildi. Yardımlı ictimaiyyətinin nümayəndələri, Yardımlı rayon İcra hakimiyyəti başçısının müavini Əfsanə xanım Məmmədova çıxış edərək şəhid ailələri ilə aparılan işlərdən danışdı. Ayrıca layihənin Yardımlı rayon şəhidi ilə bağlı olduğu üçün öz minnətdarlığını və İcra Hakimiyyəti Başçısının təşəkkürünü bildirdi. Çıxış edən hər kəs şəhidlərin xatirələrinin əbədiləşdirilməsinə görə filmi ərsəyə gətirənlərə təşəkkür etdi.
Tədbirin sonunda “Vətən yolu” filmi nümayiş olundu. Tədbir iştirakçılarına filmin diskləri paylanıldı.
Tədbirin təşkilində Firəngiz Əkbərli iştirak, və köməklik etdi.
Allah bütün şəhidlərimizə rəhmət eyləsin!.
Layihə rəhbəri MVQSYİB-nin sədri Radə Abbas







Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat