hemle

Yeni layihənin icrasına start verildi.

Tarix:2-02-2022, 18:27
Baxış Sayı:266

hemlemedia.az saytı məlumat verirki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci ildə elan etdiyi kiçik qrand layihələri müsabiqəsində qalib olan təşkilatlardan biridə Müharibə Veteran Qadınlarına Sosial Yardım İctimai birliyidir.
Şəhidlərimizin tanıdılması məqsədi ilə “Vətən yolu” sənədli filminin çəkilməsi adlı layihənin əsas məqsədi şəhidlərimizin tanıdılması, şəhidlər arasında ayrıseçkilik qoyulmasının aradanm qaldırılması, Azərbaycanın hər yerindən olan soydaşlarımızın hər birinin Qarabağ üçün eyni coşğu ilə döyüşə qatılmasının yeniyetmələrə təbliğ edilməsidir.
“Vətən yolu” sənədli filmi birinci Qarabağ müharibəsi zamanı şəhid yaxud qazi olmuş insanların və onların ikinci Qarabağ müharibəsində şəhid olmuş övladlarından bəhs edir. Əsas məqsəd bu insanların timsalında Azərbaycan xalqının qəhrəmanlıq, torpağa bağlılıq, vətənpərvərlik ənənələrinin min illər boyu davam etdiyini və bundan sonra da davam edəcəyini göstərməkdir. Şəhidlərdən biri Aslanov Tural Elşən oğlu Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsindəndir. Onun atası Aslanov Elşən 1992-ci ildə 1-ci Qarabağ müharibəsi zamanı şəhid olub. Digər şəhid Yaqublu Fərman Telman oğlu isə Yardımlı rayonunun Çayüzü kəndindəndir. Onun atası da 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirk edib qazi olub. Bu insanlar Azərbaycanın müxtəlif yerlərindən olsalar da, həm ataların, həm də övladların yolu vətən yoludur: hər ata getdiyi yolu öz oğluna miras qoyub, hər oğul öz atasının yolunu davam etdirib. Bu, Vətən yoludur. Filmdə müəlliflər ataların da, onların övladlarının da həyat və döyüş yollarından danışır, döyüş yoldaşlarının, ailə üzvlərinin və filmin qəhrəmanlarını yaxından tanıyan insanların xatirələrini təqdim edir.
Filmin mahiyyətini gücləndirən əsas amillərdən biri ondan ibarətdir ki, 1992-ci ildə Qarabağda Vətən müharibəsində şəhid olmuş Aslanov Elşənin oğlu, Aslanov Tural Elşən oğlu da 44 günlük Vətən müharibəsində şəhid olub. Bu rəmzi məqam vətənpərvərlik hisslərinin, vətən həsrətinin, qəhrəmanlıq və şücaət ənənələrinin nəsillərdən nəsillərə ardı-arası kəsilmədən ötürüldüyünə güclü işarədir. Qəhrəmanlıq irsimizin bütün Azərbaycanda əsirlər boyu yaşadığını vurğulayan amil isə filmin əhatə etdiyi coğrafiyanın genişliyi və müxtəlifliyidir. Sənədli filmin yekununda gəlinən əsas nəticələrdən biri ondan ibarətdir ki, Azərbaycan oğulları və qızlarında vətənpərvərlik bir mənəvi dəyər olaraq bütün zamanlarda yaşayacaq, çünki bu dəyəri yaşadan güclü və sarsılmaz bir yaddaş var. Bu yaddaşı isə atalar öz oğullarına ötürərək yaşadırlar. Layihəmizin əsas məqsədi bu dəyərlərimizin təbliği gənc nəslin vətən pərvərlik hissləri ilə tərbiyyə edilməsi, baş tacımız olan şəhidlərimizin tanırılması onların adlarının əbədiləşdirilməsidir. Layihənin həayat keçirilməsinə maliyyə dəstəyi verdiyi üçün Agentliyə təşəkkür edirik. Layihənin rəhbəri MVQSYİB-nin sədri Radə Abbas, mühasib Xəyalə Qulyevadır.
Layihə 4 ay müddətində icra olunacaq. Hər kəsə uğurlar arzu edirik.
Allah bütün şəhidlərimizə rəhmət eyləsin!.
hemlemedia.az

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ