hemle

SƏDƏRƏK – QEYRƏT QALASI (Azər Hacıbəylinin "Vətən daşı" poemasından bir parça)

Tarix:11-04-2020, 20:29
Baxış Sayı:748

Dəyisir günbəgün, saatbasaat,
Düşmənə göz dağı, qeyrət qalası –
Sədərək yurdumun alaqapısı,
Bu ad yaddaşlarda belə qalası.
İndi yenilənib hər bir nöqtəsi,
Çətin günlərimiz qalıb arxada,
Bircə dəyişməyib Vətən sevgisi,
Cəsur ürəklər də həmin qaydada.
Qurulur, tikilir yeni binalar,
Əkilir ağaclar, salınır yollar,
Dar gündə arxamız – Türk ellərinə
“Ümid korpüsü”ndən açılır qollar.
Sədərək – Vətənin başlandığı yer,
Xeyrin şər üstündə zəfər məkanı,
Vətən daşlarının dilə gəldiyi
Möcüzə diyarı, igidlik kanı.
Bir vaxt döyüşlərin getdiyi yerlər
Təmiz, həm səfalı, həm də abaddır –
Yaşadır Öndərin yüksək adını,
İndi and yerimiz Heydərabaddır!
Dayanıb qayatək yağı önündə
Adı da hifz edir doğma Vətəni,
Kor olur yurduma xor baxan gözlər,
Hüsnü heyran edir onu görəni.
Sədərək elinin böyük yeri var
Doğma Naxçıvanda – Azərbaycanda,
Aləmə sığmayan bir ayrı aləm
Böyük Türk Dünyası – Qoca Turanda.
Bu gün də yaşayır, ürəklərdədir,
Xalqımız unutmur qəhrəmanları.
Həyat çox firavan keçsə də bizə
Hamı xatırlayır keçən anları.
Nikbin yaşamağa vardır haqqımız –
Olsun nəsibimiz nurlu səhərlər!
Qələbə marşını biz yazacağıq,
Hələ qarşıdadır böyük zəfərlər!

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?