hemle

Türk lirəsinin dəyər itirməsi, bu nisbətdə ABŞ dollarının "sərsəmləməsidir"

Tarix:11-08-2018, 18:13
Baxış Sayı:744

Son günlərin ən aktual mövzularından biri də Türkiyəmizdə sürətlə Türk lirəsinin dəyər itirməsi, bu nisbətdə ABŞ dollarının "sərsəmləməsidir". Təbii ki, bu prosesin arxasında böyük fitnəkarların məkirli planlarının durduğu hər birimizə məlumdur. Daxildən Türk millətini sarsılda bilməyən, hərbdə Türk əsgərindən tük salanlar indi tam miqyasda Türkiyəyə iqtisadiyyatı üzərindən geniş miqyaslı həmlələrə keçib. Doğrudanda qarşında dəyanətli bir düşmən görəndə adama ləzzət edər. Amma hardadı Türkün düşmənlərində dəyanət! Bu millət Vətən üçün canını belə düşünmədən qurban verəndir, nəfsinəmi yeniləcək ey qafillər?!
Türk anaları övladını cəbhəyə yollayıb evindəki yorğan döşəyinin yununu çıxardıb əlcək, corab toxuyub əsgərlərə göndərib özü soyuq döşəmədə yatandı! Türk anası özü yeməyib son tikəsini cəbhəyə, bütün əsgərləri öz övladı bilib fərq qoymadan cəbhəyə göndərən anadır! Türk anası övladını Vətən uğrunda qurban verərək VƏTƏN, BAŞIN SAĞOLSUN! deyən anadır! Ey cahillər! Siz bunu hardan biləsiz! Əfəndilər! Bu gün, hər birimiz üçün sınaq dövrüdür. Bu gün, hər birimiz üçün əsl dəyanət nümayiş etdirmək günüdür. Bu gün, əsl milli qeyrət göstərmək günüdür! Nə mutlu TÜRKÜM deyənə!

Cavi İsmayıl.

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?