hemle

Azərbaycanlı şair “Afrin marşı” yazdı - Atəş.Az

Tarix:2-03-2018, 15:10
Baxış Sayı:614

Türkiyənin öz ölkə təhlükəsizliyini qorumaq üçün Suriyanın Afrin şəhərində terroçulara qarşı apardığı mübarizədə əldə etdiyi zəfərlərin şərəfinə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respubikası Prezident mükafatçısı, Bayat Dərnəyinin sədri, şair Qabil Ədalət “Afrin marşı” yazdı. Marşa Azərbaycanda klip də hazırlayıb paylaşdılar.


Türk qızı igid doğurar,
Yürü, Türk oğlu, yürü.
Qanıyla şəhid yoğurar.
Yürü, Türk oğlu, yürü.

Afrin zafər qoxuyur,
Analar çələng toxuyur,
Türk oğlu meydan oxuyur,
Yürü, Türk oğlu yürü.

Düşmən bağlasın qara bağ.
Yenilməzdir Türk təki dağ.
Harayla, gəlsin Qarabağ,
Yürü, Türk oğlu yürü.

İbrət alsın ellər Türkdən.
Nəğmə desin dillər Türkdən.
Əmanətdir neçə Türkdən,
Yürü, Türk oğlu yürü.

Könül quracaq Afrində,
Tarix yazacaq Afrində,
Bayraq qalxacaq Afrində,
Yürü, Türk oğlu, yürü.

https://www.youtube.com/watch?v=gdzUdUjZ0Z0&t=47s

Digər xəbərlər
23:21 Təhsil Nazirliyinin qəfil qərarı: Valideynlərin əməyi havaya getdi
23:12 3400 abonent qazsız qalacaq - XƏBƏRDARLIQ
23:11 “WhatsApp” istifadəçilərinin nəzərinə - Çoxdan gözlənilən yenilik gəldi
23:01 Şahbaz Şərif: “Laçında İlham Əliyevlə görüşməkdən şərəf duydum”
22:59 ABŞ-da təhsil almaq arzusunda olanlara ÜZÜCÜ XƏBƏR
22:55 Rusiya ilə müharibəyə hazırlaşın: 3-7 il ərzində... - Xəbərdarlıq edildi
22:50 Putin, Tramp və Zelenski bu ölkədə görüşə bilər
22:47 Moskvadan Dərbənddəki Azərbaycan teatrı ilə bağlı AÇIQLAMA