hemle

DYP-dən sürücülərə MÜRACİƏT

Tarix:30-04-2022, 17:53
Baxış Sayı:192

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Müraciətdə deyilir:

"DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə həmvətənlərimizi dərin səmimiyyət hissi ilə təbrik edir, hər bir hərəkət iştirakçısına təhlükəsiz yol arzulayır!

Bununla yanaşı, həftə sonu və bayram günləri ilə əlaqədar qeyri-iş günlərinin ardıcıllığı ölkə əhalisinin paytaxtdan bölgələrə və əks istiqamətdə hərəkətində artım olacağını proqnozlaşdırmağa imkan verdiyi üçün səfərə hazırlaşan sürücü və sərnişinlərin diqqətinə bəzi tövsiyələri çatdırmağı vacib hesab edirik.

Yol hərəkəti təhlükəsizliyinin təmin olunması və bayram günlərində xoşagəlməz hadisələrin yaşanmaması üçün səfərə hazırlaşan sürücülər ilk növbədə nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlamasını təmin etməlidirlər. Unutmaq olmaz ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək təhlükəsizlik üçün vacib şərtdir.

Dəyərli sürücülər, yuxusuz, yorğun halda sükün arxasına əyləşməkdən çəkinin. Əks təqdirdə siz özünüzü və digər hərəkət iştirakçılarını təhlükə qarşısında qoymuş olursunuz. Uzaq məsafə qət edərkən hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin və nəqliyyat vasitənizin texniki vəziyyətinə diqqət yetirin. Bunun üçün respublika əhəmiyyətli avtomobil yollarında yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.

Sərnişinlərə isə mənzil başına təhlükəsiz çatmaları üçün qanunla üzərilərinə düşən vəzifələri yerinə yetirməyi, sürücünün diqqətini yayındıran hərəkətlərdən çəkinməyi, nəqliyyatı idarəetmə zamanı onların əhval-ruhiyyəsinin dəyişməsinə, yol verdikləri qayda pozuntularına biganə qalmamağı və qanunsuz sərnişindaşıma prosesinin iştirakçısı olmamağı tövsiyə edirik".

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı