hemle

PREZİDENTDƏN KREDİTLƏRLƏ BAĞLI FƏRMAN Prezidentdən kreditlərlə bağlı FƏRMAN

Tarix:9-04-2020, 19:11
Baxış Sayı:392

Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanına dəyişiklik edilməsi və aqrar sahənin maliyyələşməsinin stimullaşdırılması ilə bağlı bir sıra məsələlər barədə fərman imzalayıb.
Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası dəyişdirilib.
Dəyişikliyə əsasən, Agentliyin verdiyi mikrokreditlərin maksimal məbləği 5 min manatdan 15 min manata, maksimal müddəti isə 2 ildən 3 ilə çatdırılıb.
Bununla belə, kreditlərin illik faiz dərəcəsinin maksimal həddinə də dəyişiklik edilib. Əgər indiyə qədər bu göstərici 7%-dən çox ola bilməzdisə, bundan sonra öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər üçün 12%-dən, digər güzəştli kreditlər üçün isə 7%-dən artıq olmamalıdır.
İlham Əliyevin təşəbbüsü ilə Zirvə görüşü keçiriləcək
İlham Əliyevin təşəbbüsü ilə Zirvə görüşü keçiriləcək
Həmçinin bundan sonra təminatla verilmiş mikrokreditlər üçün Agentliyin hesabına ödənilmiş faiz məbləğinin isə 3/5 hissəsi həmin kreditlərin qeyri-işlək hissəsi və təminat üzrə tələblərin ödənilməsi məqsədilə xüsusi hesabda saxlanılacaq. Bu vəsait vaxtı keçmiş kreditlər üzrə ödənişlər edilməsi məqsədilə tədbirlər görülməsinə, habelə Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş meyarlar üzrə ümidsiz hesab olunan aktivlərin balansdan silinməsinə və təminatlar üzrə tələblərin ödənilməsinə yönəldiləcək.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar