Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ildə elan etdiyi qrand müsabiqəsində qalib olmuş Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin layihəsinin icrası üçün Ermənstanın Qarabağı işğalı zamanı əsir və girov götürdüyü Azərbaycan vətəndaşları əsasəndə qadınlarımızla bağlı film çəkiləcəkdir. Filmin şəkilişləri zamanı qarşılaşdığımız dəhşətli həyat hekayələri insanlıq adına ədalətin təcaviz edilməsidir.
Ölüm maşını. Bir əsrdən çoxdur ki, bu maşın eyni qəddarlıqla, eyni üsullarla, eyni imza ilə qətlə yetirir və alcaldır. 1905-1906-cı illər, 1918-1920-ci illər, 1939-1945-ci illər, 1988-1993-cü illər. Bəli, ermənilərin ölüm maşını ikinci dünya müharibəsi dövründə də öldürürdü: kişiləri, qocaları, uşaqları və... qadınları; rusları, yəhudiləri, Hitlerin “ari” düsturuna uyğunlaşmayan bütün millətləri. Ermənilərin hətta belə bir ideologiyası da var idi: “arilik – sənin etiqad edəcəyin din budur, gənc erməni”. Bu sözlərin müəllifi Hitlerin yaxın silahdaşı, faşizm fəlsəfəsini mənimsəyərək gənc erməniləri bu ideologiyaya uymağa çağıran erməni generalı Qaregin Njde idi.
Njde faşizmi, irqçiliyi və qatı radikalçılığı təbliğ edən “Seqakronizm” idealogiyasının və hərəkatının yaradıcısıdır. Monoetniklikliyi hər şeydən üstün tutan Njdenin “Milli ruhun əbədi silahı” adlı inşasında yazılır: “Ermənistanın erməniləşdirilməsi” vacibdir; “bizim xalqın, yəni ermənilərin, ən qüdrətli silahı həmişə ruh olub. Ruh adamı olmaq – irqin elçisi olmaq deməkdir.”
O, nümunə kimi Adolf Hitleri göstərir və ona olan məhəbbətini gizlətmirdi: “... Həmin gün cəbhədən qayıtmış yaralı yefreytor Almaniyanın taleyinə görə məsuliyyəti öz üzərinə götürəndə..., xalqlar arasında münasibətlər dəyişdi – məğlub olan müharibə elan etmədən qalibə çevrildi.” Almaniyanın tarixində bu ölkənin rəhbəri cəmi bir dəfə yefreytor olub – Adold Hitler.
Qaregin Njde fürerin arilik və ari irqi haqqında xəstə təxəyüllərini mənimsəmişdi. “Ariliyə - kişiliyə etiqad edən xalq” adlı əsərində Qaregin Njde vurğulayırdı: “Qorxaq (ari olmayan) erməninin vətənpərvərliyi köməksiz və şübhəlidir. Arilik, kişilik – sənin nəslinin etiqad edəcəyi din budur, gənc erməni.” Bu ideya dəhşət saçan faşizmin yayılması üçün vasitə idi.
Xocalıdan girov götürülmüş insanların başına gətirilən dahşətli işgəncələr hitlerin ölüm maşınının hərəkətlərindən daha dəhşətlidir.
MVQSYİB-nin sədri;
Layihə rəhbəri Radə Abbas