hemle

Azərbaycan Dövlət Aqrar Universitetində YAP-ın 24 illiyi qeyd edilib

Tarix:21-11-2016, 19:23
Baxış Sayı:626

Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasında Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
ADAU-nun mətbuat xidmədi bildirir ki, tədbiri kafedra müdiri professor Azad Bayramov açıb, geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, 24 il öncə 21 noyabr tarixindən YAP möhtəşəm bir güc mərkəzi kimi Azərbaycanın siyasi həyatına daxil oldu və Ulu Öndər Heydər Əliyevin ideyaları ətrafında birləşən qüvvələrin fəaliyyəti daha da mütəşəkkil xarakter aldı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında böhran içərisində olan Azərbaycana qayıdışından sonra xalqın arzusu və istəyi həqiqətə çevrildi. Ölkədə sabitlik bərpa olundu, cəbhə xəttində atəşkəsə nail olmaqla respublikanın bu günkü inkişafını təmin edən proqram və sənədlər qəbul edildi. Qısa zaman ərzində Beynəlxalq birliyin etimadını qazanan Heydər Əliyev dünyanın iri dövlətlərinin maraqlarını Azərbaycana yönəldə bildi. Məruzəçi onu da dedi ki, ata-oğul işbirliyinin nəticəsində bu gün Azərbaycan Respublikası bir dövlət kimi siyasi arenada böyük nüfuza malik olan əmin-amanlıq və multikulturalizm mərkəzinə çevrildi.
İctimai elmlər və multikulturalizm kafedrasının müəllimləri E. Aslanov və S. Abdullayeva isə YAP-nın 24 illik fəaliyyəti dövründə əldə edilən uğurlardan ətraflı danışıblar.

Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya