hemle

"Rusiya ilə müharibədə Ukraynaya dəstək verəcəyik" - NATO

Tarix:14-01-2022, 11:20
Baxış Sayı:381

NATO Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşəcəyi təqdirdə Ukraynaya dəstək verməyə hazır olacaq, lakin alyansın öhdəlikləri yalnız üzv ölkələrin müdafiəsi ilə bağlıdır.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq danışıb.

"Ukrayna çox dəyərli tərəfdaşdır. Biz ona özünümüdafiə kimi fundamental hüquq ilə kömək edirik. Biz dəstək veririk, xüsusən də ABŞ, Böyük Britaniya və Türkiyəni avadanlıq və təlimlə təmin edirik. Lakin Kiyev NATO müttəfiqi deyil. Qorumaq öhdəliyi yalnız müttəfiqlərə aiddir", - Stoltenberq İtaliyanın la Repubblica qəzetinə müsahibəsində bildirib.

NATO-nun vəziyyətin gərginləşəcəyi təqdirdə “Şərqi Avropada müharibəyə başlamağa” məcbur olub-olmayacağı ilə bağlı sualı cavablandıran alyans rəhbəri bildirib ki, belə bir vəziyyət Rusiya üçün strateji səhv olacaq və siyasi, iqtisadi baxımdan ciddi nəticələrə səbəb olacaq: "Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik və biz bilirik ki, Kiyev 2014-cü illə müqayisədə indi özünü müdafiə etmək iqtidarındadır. Onun qüvvələri daha yaxşı hazırlanıb və daha yaxşı təchiz olunub. Onda təbii ki, mövcudluğumuzu təmin etmək üçün lazım olan hər şeyi edəcəyik.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir