hemle

NATO-nun Baş katibi Azərbaycana təşəkkür etdi

Tarix:20-08-2021, 22:47
Baxış Sayı:274

NATO ölkələrinin xarici işlər nazirlərinin iclasından sonra Alyansın Baş katibi Yens Stoltenberq mətbuat konfransı keçirib.

Stoltenberq Türkiyənin Kabil hava limanında təhlükəsizliyin təmin edilməsində əsas rol oynadığını bildirib.

O qeyd edib ki, NATO bu ölkədəki hərbi mövcudluğunu başa çatdırsa da, hava limanında təhlükəsizliyə dəstək verir.

Stoltenberq Kabil aeroportunun təhlükəsizliyinin təmin edilməsində rol oynadıqlarına görə Türkiyə, ABŞ, Britaniya və Azərbaycana təşəkkürünü bildirib.

“Xüsusilə Kabildəki hava limanının təhlükəsizliyinin təmin edilməsində həyati rol oynadıqlarına görə Türkiyə, ABŞ və İngiltərəyə təşəkkür edirəm. Hava limanının təhlükəsizliyinə verdiyi dəstəyə görə tərəfdaşımız Azərbaycana da minnətdarıq”, - deyə Baş katib qeyd edib.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı