hemle

Rusiyalı politoloq: “Türkiyə Kabildə qalacaq, Bakıdakı aviaqovşağın əhəmiyyəti artacaq”

Tarix:5-07-2021, 11:25
Baxış Sayı:275

“Bütün koalisiya qüvvələri ilə müqayisədə Türkiyənin çox az sayda kontingenti Əfqanıstanda qaldı. Türkiyə qoşunlarının burada olmasının səbəbi daha çox siyasidir”.

Bu sözləri Caliber.Az-a müsahibəsində Əfqanıstandakı vəziyyəti şərh edən Rusiya Politoloqlar Cəmiyyəti Analitik Mərkəzinin direktoru Andrey Serenko deyib.

“Bu layihə, sözsüz ki, Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın NATO daxilində mövqelərini möhkəmləndirir. Aydındır ki, Əfqanıstandan gələn məlumatlar Qərb üçün vacib olacaq, bu ölkədə kəşfiyyat və informasiya agentura şəbəkəsinin rolu olduqca artır. Berlin, London və ya Vaşintondan bu cür genişmiqyaslı işi təşkil etmək çox çətindir, ərazidə etibarlı adamların olmalıdır. Əfqanıstandan söhbət gedərkən isə, bu cür koordinatorluq rolunu məhz Türkiyə oynaya bilər”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, paytaxt hava limanı hər zaman istənilən ölkədə önəmli rol oynayır:

“Aydındır ki, əfqanların özləri hava limanını müdafiə edəcək, təhlükəsizliyini təmin edəcək. Lakin onlar texnoloji dəstəyə, radarlara, dispetçer xidmətinə, uçuşların təhlükəsizliyinin təmin olunmasına ehtiyac duyurlar. Bildiyim qədərilə Kabildə Türkiyə tərəfinin mümkün köməyini məhz bu istiqamətdə nəzərdən keçirirlər.

Kabil hava limanı – ölkənin hava məkanına nəzarət sistemində vacib elementdir. Aydındır ki, ABŞ və NATO ölkələri tərəfindən söz verilən dəstək Əfqanıstan hökuməti üçün vacibdir və hərbi yüklər əsasən hava yolu ilə çatdırılacaq.

Yeri gəlmişkən, bu səbəbdən təkcə Kabil hava limanının deyil, eyni zamanda daha əvvəl Əfqanıstana tədarüklərin şimal şəbəkəsində böyük rol oynayan Bakıdakı aviasiya qovşağının da əhəmiyyəti artacaqdır”.

Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya