hemle

Rusiyanı ciddi sanksiyalar və NATO təhlükəsi gözləyir

Tarix:6-12-2021, 11:23
Baxış Sayı:224

"Rusiya Ukrayna ilə sərhəddə önəmli dərəcədə qüvvə cəmləyib. Ümid edirəm ki, Rusiya mövcud fikir ayrılığının aradan qaldırılması üçün öz qoşununu geri çəkəcək və gərginliyin azalması üçün diplomatik vasitədən istifadə edəcək".

Bunu ölkənin dövlət katibi Entoni Blinken ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşlə bağlı açıqlamasında bildirib.

“ABŞ iki ölkə arasında yaranmış vəziyyətlə bağlı problemlərin həllinə yardım etməyə hazırdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrova açıq aydın başa salmaq istədim ki, Rusiya Ukraynaya münasibətdə istənilən təcavüzkar akt gerçəkləşdirsə, bunun çox ciddi nəticələri olacaq”, - E.Blinken vurğulayıb.

Dövlət katibi "Biz Ukrayna daxilində sabitliyi pozmaq, bu ölkəyə qarşı təbliğat kampaniyasını aparmaq üçün sosial şəbəkələrdə fəaliyyətin 10 dəfə artdığını müşahidə etmişik”, - deyə əlavə edib.

E.Blinkenin sözlərinə görə, Rusiyanın Ukraynaya ehtimal olunan təcavüzü şəraitində NATO müdafiə potensialını artırmağa hazırdır.

Jurnalistin Rusiyaya qarşı hərbi əməliyyatların nəzərdə tutulub-tutulmaması ilə bağlı sualına cavabında dövlət katibi ciddi iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırdıqlarını söyləyib.

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı