hemle

Paşinyan Qarabağla bağlı 2016-cı il danışıqlarından NƏLƏR DEDİ?

Tarix:25-12-2021, 11:52
Baxış Sayı:220

2016-cı ildə (Aprel savaşından sonra - red.) Ermənistan Qarabağ danışıqları ilə bağlı faciəvi təklif aldı.

hemlemedia.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“2016-cı ildə Minsk Qrupunun həmsədrləri üç təkliflər paketi təqdim etdilər. Hansı ki, həmin paketdə 2011-ci ildən bəri ilk dəfə olaraq Dağlıq Qarabağın aralıq statusu məsələsi yer almadı. Faciə bunda deyil. Heç kim demir ki, bu danışıqlara əsasən Dağlıq Qarabağın müvəqqəti statusu məsələsi BMT Təhlükəsizlik Şurasına həvalə edilirdi”, - baş nazir əlavə edib.

Paşinyanın sözlərinə görə, bütün bu illər ərzində erməni tərəfi Qarabağ məsələsinin yekun həllini Minsk Qrupunun öhdəsinə buraxmağa çalışsa da, 2016-cı ildə problemin həlli BMT TŞ-yə keçdi.

Erməni baş nazir qeyd edib ki, bu halda BMT TŞ-nin qərarı proqnozlaşdırılan idi, belə ki, 1993-cü il qətnaməsində “Dağlıq Qarabağ Azərbaycandır” ifadəsi əksini tapır və Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı qeyd edilirdi.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir