hemle

Ermənilərin ATƏT harayı: Həmsədrlərin geri dönməsi mümkündürmü? - NƏ BAŞ VERİR?

Tarix:26-06-2021, 23:53
Baxış Sayı:310

Son dönəmlərdə geniş yayılmağa başlamış söz-söhbətlərdən biri də ATƏT-in Minsk Qrupu Həmsədrlərinin Azərbaycan və Ermənistan arasındakı danışıqlara vasitəçilik edə biləcəyidir.

Xüsusilə də, “Dağlıq Qarabağın statusu” məsələsinin həllinə nail olmaq üçün həmsədrlərin hərəkətə keçəcəyi bildirilir.

Əsas maraq doğuran məqam isə həmsədrlərin hansı təkliflə vasitəçiliyə geri qayıdacaqlarıdır.

Belə ki, əsas səsləndirilən iddialar “Dağlıq Qarabağın statusu” ətrafındadır. Lakin müzakirə mövzusu belə olmayan sözügedən məsələnin hansı formada ortaya atılacağını təxmin etmək bizim üçün çox çətindir. Çünki Azərbaycan tərəfinin mövqeyi dəfələrlə aydın şəkildə dünya ictimaiyyətinə çatdırılıb: “Heç bir statusdan söhbət belə gedə bilməz”.

Qeyd edək ki, Dağlıq Qarabağın “gorbagor olan” statusu ilə bağlı hay-küylərin Qərb tərəfdən gəldiyi də heç kəsə sirr deyil. Atdıqları hər addımda “beynəlxalq hüquq” ifadəsini əllərində bayraq etməyi unutmayan qüvvələr Azərbaycanın öz ərazi bütövlüyünü də elə həmin normalara uyğun şəkildə təmin etdiyini bilirlər.

10 noyabr bəyanatı ilə başa çatan Qarabağ münaqişəsi həmsədrlərin fəaliyyətsizliyini də başa çatdırıb. Bununla birlikdə vasitəçilik missiyasında rəsmi Bakı və İrəvanın Rusiyaya etimad göstərməsi Qərbin ümidlərinin üstündən birdəfəlik xətt çəkib.

“Demokratiya qoruyucuları” öz adamları olan Nikol Paşinyanın da Ermənistanda hakimiyyətdə olmasından maksimum şəkildə yararlanmağa çalışırlar. Doğrudur, Rusiyanın qəzəbindən qorxan Nikol açıq şəkildə ATƏT-i vasitəçiliyə dəvət etmək iqtidarında deyil. Lakin Paşinyanın qorxusu əlindəki resurslardan sözügedən istiqamətdə istifadə etməyə də tam şəkildə mane olmur.

Uzun illər ərzində Azərbaycan qonaqpərvərliyinin dadını çıxartmaqla məşğul olan, işi ildə bir neçə dəfə eyni sözləri təkrar etməkdən ibarət olan ATƏT nümayəndələri isə artıq öz rahatlıqlarından məhrum olublar.

Savaş dönəmində səsləri gəlməyən, lakin müharibə başa çatdıqdan sonra qaça-qaça “biz də varıq” deməyə gələn həmsədrlərə isə lazımi cavabı prezident verib.

İndi isə Minsk qrupunun yalnız bir təklifi Azərbaycan üçün maraqlı ola bilər; Dağlıq Qarabağın erməni əhalisinin Azərbaycana inteqrasiyasına yardım etmək.

Əslində, zaman keçdikcə Qarabağ ermənilərinin özləri də Azərbaycana inteqrasiyanın onlara gətirəcəyi faydanı anlayacaqlar. Lakin 30 ildən sonra da olsa, həmsədrlərin ən azı bir nümunə göstərə biləcəyi fəaliyyətinin olması heç də pis olmazdı. Necə deyərlər, gec oldu, heç olmasa güc olmasın. //Bizim.Media//

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ