hemle

Qışda dəriyə və saçlara necə qulluq etməli?

Tarix:6-12-2021, 08:24
Baxış Sayı:286

Rusiyalı saç ustası Yelena Korostelyova və dermatoloq Dmitri Zlobin qışda dəri və saçlara necə qulluq etmək barədə məsləhtlər veriblər.

“Dərinizi mütəmadi olaraq nəmləndirin, qliserinli yuyucu vasitələrə üstünlük verin və nəfəs alan materiallardan hazırlanmış geyimlər seçin”, - deyə ekspertlər bildiriblər.

Onların sözlərinə görə, qış ayları olmasına baxmayaraq kifayət qədər su içmək və dərini mütəmadi olaraq nəmləndirmək vacibdir.

“Gigiyenik posedurlardan sonra nəmləndirici vasitələrdən istifadə etmək, duş və ya vanna qəbul etdikdən dərhal sonra bədənə yağlı kremlər sürtmək tövsiyə olunur. Həmçinin spirtli içkilər və siqaretdən çəkinmək məsləhət görülür. Dərinin qurumasının qarşısını almaq üçün qızdırıcılardan uzaq durun, nəmləndiricidən istifadə edin və ya qızdırıcının yanında su qabı qoyun.

Yun və neylon kimi uyğun olmayan paltarlar və yataq dəstləri dərini qıcıqlandıra bilər. Buna görə pambıq kimi nəfəs alan materiallara keçmək daha uyğundur. Həmçinin əlcək, papaq və şərflərdən istifadə edərkən təbii parçalardan hazırlanmış məhsullara diqqət yetirmək lazımdır”, - deyə ekspertlər qeyd ediblər.

Mənbə: “RİA Novosti”

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir