hemle

Ombudsmandan təklif: “Üç yaşa qədər uşaqlara qulluq edən analara yeni hüquqlar verilsin”

Tarix:18-04-2020, 18:04
Baxış Sayı:542

Uşağa bilavasitə qulluq edən ana buna görə çevik məzuniyyət götürmək imkanına da malik olmalıdır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ombudsmanın 2019-cu il üzrə məruzəsində bildirilir.
Hesabatda, həmçinin, uşağa qulluq edən ananın məzuniyyət müddətini seçmək və müəyyən edilmiş məbləğdə verilən müavinətin həddini həmin müddətə uyğunlaşdırmaq hüququnun olması da vurğulanır.
Ombudsman Əmək Məcəlləsinin 127 maddəsinə üçüncü hissəsinin əlavə edilməsini təklif edib.
“Uşağa qulluq edən ana yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edərkən bu, birinci hissəsində göstərilən müddəti daha az, lakin 6 aydan az olmayan müddətlə əvəz edə bilər.
Bu halda uşağa qulluq etməkdən ötrü qanunvericilikdə müəyyən edilmiş məbləğdə verilən müavinətin məbləği məzuniyyətin azaldıldığı müddətə mütənasib olaraq artırılır”,- deyə təklifdə bildirilir.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı