hemle

Mərkəzi Gömrük Hospitalının dermatoloqu əllərə qulluq edilməsi qaydalarını açıqlayıb

Tarix:17-04-2020, 17:44
Baxış Sayı:646

Mərkəzi Gömrük Hospitalının dermatoveneroloqu Sevinc Kərimova koronavirus pandemiyası dövründə əllərə qulluq edilməsi qaydalarını açıqlayıb. Koronavirus (COVID 19)-dan qorunmağın əsas şərtlərindən biri də gigiyenik qaydalara uyğun olaraq əllərin tez-tez maye sabunla yuyulması və spirt tərkibli məhlulla dezinfeksiya edilməsidir. Əllərin tez-tez yuyulması və antiseptiklərdən istifadə isə dərini qurudur, nəticədə əllərdə mikro çatlar yarana bilər ki, bu da dəridə ikincili infeksiyaların müxtəlif dermativlərinin yaranmasına səbəb olur.

Bəs belə halda əllərimizi necə qoruyaq? Əlləri soyuq su altında nəmləndirici sabun və ya krem-sabun ilə yumaq lazımdır. Çünki, isti su əllərin yağını yuyub apara bilər. Əlləri yuduqdan sonra mütləq yaxşı qurulamaq və səthinə nəmləndirici krem vurmaq tövsiyə olunur. Əgər əllərin dərisi çox qurudursa, bu halda quru dərilər üçün qidalandırıcı kremi qalın qatla əllərə vurmaq və onu dəriyə tam hopdurmaq məsləhətdir. Kremlər əllərin dərisini yaxşı nəmləndirəcək.

Evdə olarkən əlləri tez-tez yumağa və dezinfeksiya etməyə ehtiyac yoxdur. Nəqliyyatda, liftdə, marketdə və s. yerlərdə olarkən əlləri yumağa imkan olmadıqda, əl üçün xüsusi antiseptiklərdən istifadə etmək lazımdır. Çünki antiseptik mayelərin tərkibində yalnız dezinfeksiyaedici maddələr deyil, digər qoruyucu maddələr də var.

Adətən 95%li etil spirtlə əlləri dezinfeksiya etmək məsləhət görülmür. Bu əllərin dərisini quruda, çatlar əmələ gətirə, ekzema və digər dəri xəstəliyinin yaranmasına səbəb ola bilər. Lakin, 95%li 100 ml. etil spirtin içinə 3ml. qliserin və 10 ml. 3%-li hidroqen peroksidi əlavə etməklə, əllərin dezinfeksiyası məqsədilə istifadə etmək olar. Həmçinin, qab-qacaq və ya təmizlik işləri apardıqda əlcək geyinilməlidir.

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan