hemle

Azərbaycanı müdafiə edən rusiyalı jurnalistin Nobel alması ermənilərə od qoyub

Tarix:12-10-2021, 00:04
Baxış Sayı:349

Bu il Nobel Sülh Mükafatı alan iki jurnalistdən biri rusiyalı Dmitri Muratov, digəri flippinli Mariya Ressadır.

ATESH,AZ saytı Oxuməni.az saytına istinadən xəbər verir ki, “Novaya qazeta”nın baş redaktoru olan Dmitri Muratovun Nobel Sülh Mükafatına layiq görülməsi erməni təbliğatına ciddi zərbə olub.

Məsələ bundadır ki, D.Muratov Rusiyada müstəqil medianın ən ünlü simalarından biri olmaqla yanaşı, hər zaman erməni separatizminə qarşı çıxıb və 44 günlük savaşda da Azərbaycanın haqq davasını dəstəkləyib.

Media üzrə mütəxəssis, professor Qulu Məhərrəmli bildirib ki, Qarabağdakı erməni separatizminin əleyhdarı kimi tanıdığımız “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratovun Nobel alması Kremli pərt etsə də, Rusiyanın demokratik qüvvələrini, Navalnı tərəfdarlarını xeyli ümidləndirib:

“Onun mükafatla bağlı dediyi “bu, mənim xidmətim deyil, “Novaya qazeta”nın xidmətidir. İnsanların söz azadlığı hüququnu qoruyan, bu yolda öldürülənlərin xidmətidir” sözləri geniş rezonansa səbəb olub”.

Professor xatırladıb ki, Rusiyada insan haqlarını qoruyan, həmçinin hakimiyyətin korrupsiya əməllərini ifşa etdiyi üçün qətlə yetirilmiş məşhur rus jurnalistlərinin bir çoxu, o cümlədən Anna Politkovskaya məhz bu qəzetdə çalışmışdı.

Tarixçi alim Zaur Əliyev isə 44 günlük müharibə dövründə Azərbaycana media dəstəyi verən Muratovun erməniləri susdurduğunu, ölkəmiz barədə əsl həqiqətləri dünyaya çatdırdığını yada salıb:

“Muratovun müharibə dövründə Azərbaycan bayrağı fonunda şəkli onsuz da erməniləri dəli etmişdi, Nobel Sülh Mükafatı alması isə ermənilərə əməlli başlı od qoydu”...

Qeyd edək ki, Dmitri Muratov ulu babaları zorla xristianlığı qəbul etdirilən türk-tatar xanlarlnın nəslindəndir. Muratovlar nəsli çar ailəsinə yaxın olublar və onlarln nəslindən 400-ə yaxın görkəmli elm, incəsənət xadimləri, reşissorlar, aktyorlar, güləşçilər, generallar .çıxıb.
ATESH,AZ

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı