hemle

İki rusiyalı idman şərhçisi Bakıya buraxılmayacaq

Tarix:12-06-2021, 12:42
Baxış Sayı:264

İki rusiyalı idman şərhçisi Futbol üzrə Avropa Çempionatının Bakıda keçirilən oyunlarını izləmək üçün Azərbaycana buraxılmayacaq.

una səbəb hər iki şərhçinin - Konstantin Geniç və həmkarı Mixail Mossakovskinin bir neçə il əvvəl Azərbaycanın icazəsi olmadan o vaxt işğal altındakı Qarabağa səfər etməsidir.

K. Geniç özü məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Avro-2020 akkreditasiyası rəsmi Bakının təşəbbüsü ilə ləğv edilib. O, akkreditasiyasının ləğv edilməsi ilə bağlı UEFA-dan rəsmi məktub alıb: "UEFA-dan poçtuma qara və ağ rəngdə yazılmış bir məktub gəldi: testi keçmədiniz, Avro-2020 üçün akkreditasiya almağınız tövsiyə olunmadı. Akkreditasiya müraciətiniz rədd edilib. Bu, son qərardır".

Məlum olub ki, Mixail Mossakovskinin də adı o vaxt işğal altındakı ərazilərə qanunsuz səfər edənlər sırasındadır, buna görə o da Azərbaycana buraxılmır.

Xatırladaq ki, erməni jurnalist Nobel Arustamyan da AÇ-2020-nin oyunları üçün akkreditasiya alsa da, bu, Bakıda keçiriləcək oyunlara aid deyil. O da oyunlar ərəfəsində Azərbaycan paytaxtına gələ bilməyəcək.

Digər xəbərlər
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq