hemle

Nobel mükafatı laureatı, fransız virusoloq: “Koronavirus laboratoriyada hazırlanıb”

Tarix:18-04-2020, 20:40
Baxış Sayı:373

ABŞ koronavirusun mənşəyini araşdırır.
Turkustan.info xəbər verir ki, bu barədə prezident Donald Tramp Ağ evdə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar pandemiyanın meydana çıxması xüsusatlarını araşdırır, habelə koronavirus infeksiyasının mənşəyini müəyyən edir. “Bir çox qəribə şeylər baş verib, bir çox araşdırmalar gedir və biz hər şeyi aydınlaşdırmaq istəyirik. Bu, Çində baş verib, 184 ölkə zərər çəkib, bu çox pisdir. Aydınlaşdırmaq lazımdır ki, bu harada baş verib”,- Tramp belə deyib.

Qeyd edək ki, bundan əvvəl koronavirusun Çinin Uhan şəhərindəki virusologiya institutunun labaratoriyadan sızdığı barədə çoxsaylı mötəbər məlumatlar yayılıb. İndi daha bir alim bəyan edib ki, virus sünidir və məhz Uhandakı labaratoriyada yayılıb. Bu, fransalı virusoloq, professor və 2008-ci ildə HİV retrovirusunun kəşfinə görə Nobel mükafatı almış Lyuk Montenyedir. Onun sözlərinə görə, Uhanda “QİÇS-ə qarşı peyvənd hazırlamağa” çalışırdılar.

Fransa xəbər telekanalı CNews-a müsahibəsində Montenye bildirib ki, fransız riyaziyyatçı Jan-Klod Perezanın elmi araşdırmalarına əsaslanaraq virusun strukturunu öyrənib. Onun sözlərinə görə, SARS-CoV-2 virusunda HİV virusunun elementləri yer alır. “Biz bu nəticəyə gəlmişik ki, həmin virusla manipulyasiya ediblər. Koronavirus təbii mənşəli deyil, o molekulyar bioloqların işidir”,- Montenye bildirib.

Lakin digər fransız virusoloq Etyen Simon-Loryer professor Montenyenin versiyasını “axmaqlıq” adlandırıb. Onun sözlərinə görə, yeni növ koronavirusun tərkibində digər vuruslarda yer alan çox az elementlər var.

Yelisey sarayının nümayəndəsi isə “Reuters”ə bildirib ki, koronavirusun Çinin Uhan elmi-tədqiqat labaratoriyası ilə bağlı olduğuna dair əsaslar yoxdur. “Biz qeyd etmək istərdik ki, Birləşmiş Ştatlarda dövr edən və virusun Çində yaradıldığı barədə informasiyaları təsdiqləyəcək məlumatlar yoxdur”,- prezident Emmanuel Makronun administrasiyasının nümayəndəsi deyib. /Virtualaz.org/

Digər xəbərlər
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan
22:05 Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar
22:04 Yeni müharibəyə hazırlaşırlar: prosesə bu üç ölkə rəhbərlik edir
22:03 Ceyhun Bayrmaov Yvan Gillə görüşdü
22:03 Sağlamlıq Gecə yemək yeyənlərin diqqətinə: bu xəstəliyə tutula bilərsiniz
22:02 Ceyhun Bayramov venesuelalı həmkarı ilə müzakirələr apardı
22:01 Azərbaycanda zəlzələ oldu
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam