hemle

Nazir 15 məktəbə direktor TƏYİN ETDİ

Tarix:20-09-2021, 11:55
Baxış Sayı:433

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 15 ümumi təhsil müəssisəsinə yeni direktor təyin olunub.

İdarədən verilən məlumata görə, yeni təyinatlar paytaxtdakı 109, 136, 156, 170, 172, 173, 31, 21, 229, 262, 312, 52, 55, 59, 96 nömrəli tam orta məktəblər üzrə müsabiqəyə çıxarılmış vakant vəzifələri əhatə edib.

Yeni təyin olunmuş məktəb rəhbərləri işə qəbul üzrə müvafiq müsabiqənin bütün mərhələlərindən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) uğurla keçmiş şəxslərdir.

Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak ediblər.

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat