hemle

Müəllimlərin işə qəbulu üzrə sənəd qəbuluna başlanılır

Tarix:4-06-2021, 08:57
Baxış Sayı:8

Bu gündən 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesinə başlanılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, elektron sənəd qəbulu prosesi 4-11 iyun tarixlərini əhatə edəcək. Müsabiqə 4 mərhələdən (elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçimi və müsahibə mərhələsi) ibarətdir.

Müsabiqənin ilk – elektron sənəd qəbulu mərhələsində namizədlər miq.edu-az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Digər xəbərlər
10:17 Gürcüstanda parlament seçkiləri keçirilir
10:07 Gündə neçə stəkan çay içmək olar? - Həkim normanı keçməyin nələrə səbəb olduğundan danışdı
10:06 Vətən müharibəsinin 30-cu günü - Üçüncü atəşkəs elan olunur
09:46 ABŞ yeni silah alır: Rusiya və Çin peyklərini zərərsizləşdirəcək
09:39 Naxçıvanda əhali arasında vaksinasiya aparılır
09:36 İsrail İrana ikinci dəfə zərbə endirib
18:43 Əhaliyə həftəsonu ilə bağlı XƏBƏRDARLIQ: Hazırlıqlı olun!
18:36 Bu şəxslərə verilən müavinət ARTIRILIR