hemle

Yerdəyişmə müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri açıqlandı – Müəllimlərin diqqətinə!

Tarix:18-06-2020, 17:57
Baxış Sayı:454

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən NOCOMMENT.az -a verilən məlumata görə, elektron yerləşdirmənin nəticələrinə əsasən, 1934 nəfər uğur qazanıb.

Bu barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə və mobil nömrələrinə göndəriləcək.

Ötən illərdən fərqli olaraq cari müsabiqədə vakant yer tutan namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq. 18-24 iyun tarixlərində uğur qazanmış namizədlər şəxsi səhifələrinə daxil olaraq qeyd olunan sənədləri skan etməklə vahid fayl şəklində müvafiq xanalara yükləyərək təsdiq etməlidirlər. Sənədlər yoxlanıldıqdan sonra namizədlərin iş yerinin dəyişdirilməsinə razılıq veriləcək.

Qeyd edək ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu iyunun 5-də başa çatıb. Ümumilikdə 10 068 nəfər müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib, 6860 namizədin elektron ərizəsi qəbul edilib.

Digər xəbərlər
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
16:01 Rusiya aerodromları vurulur: 40 təyyarə məhv edildi
15:57 Smartfonunuzdakı yeddi ən təhlükəli PROQRAM
15:45 Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi - Yeniləndi
15:40 Güclü maqnit qasırğası müşahidə olunur - Rabitədə problemlər yarana bilər
10:25 "Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj
10:20 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
10:18 Diş ağrısı deyib keçməyin - VACİB XƏBƏRDARLIQ