hemle

Paşinyan Azərbaycan polisinin İran maşınlarını yoxlamasını haqlı hesab etdi

Tarix:15-09-2021, 20:35
Baxış Sayı:249

Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması ilə bağlı açıqlama verib.

hemlemedia.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan 2020 -ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələrinin Sovet Ermənistanından miras qalmış sərhədlərə çəkildiyini bildirib:

“Ermənistan-Azərbaycan sərhədi boyu baş verən hadisələrin bir çox məqamı var və onları düzgün başa düşmək vacibdir. Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanından miras qalmış sərhədlərə çəkilib. Bu hissədə Goris-Kafan yolu iki yerdə Ermənistan Respublikasının və ya keçmiş Sovet Ermənistanının hüdudlarından kənara çıxır. Məhz bu vəziyyət səbəbindən bizə tanış olan trafaretlər və məntəqələr məlum bölgələrdə ortaya çıxıb”.

Paşinyan dekabrda bu yolun nəqliyyat vasitələri tərəfindən sərbəst şəkildə istifadə edilməsi və yüklərin tranziti üçün razılıq əldə edildiyini xatırladıb:
“Düşünürəm ki, müqavilənin mətnində xaricdən gələn malların keçidi ilə bağlı heç bir bənd olmadığı üçün, Azərbaycan bu mexanizmi tətbiq edir”.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi