hemle

Paşinyan Qarabağda öldürülən erməni hərbçilərinin sayını açıqladı

Tarix:14-04-2021, 17:27
Baxış Sayı:290

Bu günə qədər Qarabağdakı son müharibədə 3 621 nəfərin ölməsi təsdiq edilib.

“Sputnik Ermənistan” xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı deyib.

Ermənistanın baş naziri itkin düşənlərin sayının 321 nəfər olduğunu qeyd edib.

“201 nəfərin qalıqları DNT analizi mərhələsindədir”, - baş nazir bildirib.

N.Paşinyan əlavə edib ki, 100-dən çox cəsədin şəxsiyyəti müəyyən edildikdən sonra onların kimliyi açıqlanıb, ancaq bu şəxslərin yaxınları araşdırmanın nəticələrini qəbul etməkdən imtina edir və analizlərin xarici ölkədə aparılmasını tələb edir.

“DNT analizinin nəticələrinə inanmayan ailələr var”, - N.Paşinyan qeyd edib.

Digər xəbərlər
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək
15:39 Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
15:36 Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
15:33 İçərişəhərlə bağlı yeni məhdudiyyət
15:31 İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ