hemle

DAMM-ın möhtəşəm 20 illik Yubiley tədbirləri və konfransı - I Gün

Tarix:14-11-2016, 19:48
Baxış Sayı:726

DAMM-ın möhtəşəm 20 illik Yubiley tədbirləri və konfransı - I Gün
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin 20 illik Yubilüy tədbirləri və növbəti Konfransı ilə bağlı 28 və 29. 10. 2016-cı il tarixlərində Bakıda keçirilən məclis, mərasim, dəyirmi masa, görüş və ziyafətlərdə fotolar.
Tədbirləri İctimai Nəzarət Koalisiyası və DAMM İB birgə təşkil etmişdi.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi 20 illik geniş fəaliyyəti ölkə ictimaiyyəti arasında və beynəlxalq aləmdə hər zaman maraqla qarşılanıb. Bunu həyata keçirdiyimiz layihələr, çoxistiqamətli fəaliyyətimiz, milli diaspor siyasətinə verdiyimiz dəstəyimizlə sübut etmişik.
Uzun müddət DAMM İB-nə rəhbərlik etmiş, Güney Azərbaycan düşüncə adamı, ədəbiyyatımızın, mədəniyyətimizin, milli dəyərlərimizin dünyada tanınmasında əvəzsiz xidmətləri olan, Ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq Azərbaycanın xalq şairi, “Şöhrət” ordenli Söhrab Tahir haqq dünyasına qovuşduğundan, onun milli-mədəni missiyasını davam etdirmək bizim mənəvi borcumuzdur.
DAMM qurultayı keçirəndən sonra çoxsaylı telefon zəngləri və təbriklər qəbul edərək və daim xalqla əlaqə yaradaraq inkişaf etməkdə davam edir. Qurultay günü Ankaranın Qızılay meydanında "Cümhuriyyət" qadınlar şurasının Atatürk və Heydər Əliyev ideyalarına dəstək xarakterli mitinqindən birbaşa bizə qoşularaq DAMM-ı dəstəklədiklərini bildirməkləri, şəxsən Canan Arutmanın dəfələrlə telefon açıb "Heydər Əliyev və Atatürk ideyalarını qanımızla qoruyacağıq" fikirlərini deməsi, Moskvadan Lomonosov adına Universitetin prorektoru akademik Belinkovun təbriki, Rusiya dumasının deputatı, təhlükəsizlik şurasının üzvü Çernişenkanın təbriki, İsveç Dünya Azərbaycanlılarının Milli Birliyi Cavad Dirəxtinin təbriki, Sankt Petersburq Milli Mədəni Muxtariyyət İB rəhbərliyinin təbriki, eyni zamanda Almaniya, Rusiya, Ukrayna, İran, Türkiyə nümayəndəliklərinin iştirakı, Kahramanmaraş Universitetinin Rektor və yardımçısının, Milli qəhrəman, general Fəxrəddin Cəbrayılov, Kayseri şəhər Mədəniyyət və turizm müdirinin iştirakı bizi sevindirir, bir daha qətiyyətlə cənab prezidentin cəsarətli çağırışını bizə dəstək verən insanların köməyi ilə həyat keçirəcəyik.
"Ən əsası bizi sevindirən 2 saat yarım vaxta təsadüf edən qurultayda hər kəsin sona qədər iştirak etməsi və Fəxri xiyaban və şəhidlikləri qurultay iştirakçıları ilə kütləvi surətdə yürüş edərək ziyarət etmələri, DAMM-ın dövlətin və dövlətçiliyin, Xalqın və prezidentin yanında olmalarından xəbər verir. Biz fəxr edirik ki, təşkilatın mərhum prezidenti Söhrab Tahirin ruhunu keçirtdiyimiz möhtəşəm qurultayla yad etmiş oluruq", - deyə Rasim Məmmədov bildirib.

İctimai Nəzarət Koalisiyası

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı