hemle

“Semaşko”nun fəaliyyəti dayandırılıb - Açıqlama

Tarix:23-08-2021, 20:11
Baxış Sayı:286

1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) fəaliyyətini dayandırıb.

Bu barədə Trend-ə xəstəxanadan bildirilib.

Məlumata görə, Kliniki Tibbi Mərkəzdə doğum-ginekologiya şöbəsi tamamilə bağlanıb.

Kardiologiya, nevrologiya, terapiya şöbəsi, eyni zamanda, ümumi reanimasiya, intensiv terapiya şöbəsinin də fəaliyyəti koronavirusla mübarizə səbəbindən dayandırılıb.

Hazırda Kliniki Tibb Mərkəz olaraq hemodializ xəstələrinə, toksikoloji xəstələrə xidmət göstərilir və yaralanmalar, travmalarla bağlı təxirəsalınmaz əməliyyatlar yerinə yetirilir.

1 saylı Kliniki Tibbi Mərkəz 19 avqustda COVID-19 xəstəxanası kimi fəaliyyətə başlayıb. Həmin tarixdə 31 xəstə var idi. Onların bir qismi evə yazılıb, bir qismi isə cərahhi korpusda müalicəsi başa çatanadək saxlanılıb və daha sonra evə göndərilib. Bütün proseslər mərhələli şəkildə, tibbi qaydalara uyğun olaraq həyata keçirilib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir