hemle

Azərbaycanda tibb müəssisələri birləşdirilir - SİYAHI

Tarix:20-05-2021, 10:19
Baxış Sayı:310

Azərbaycanda bir neçə tibb müəssisəsi yenidən təşkil edilir.

“Report”un məlumatına görə, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxs professor Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası, 3 nömrəli Uşaq Xəstəxanası və “Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi” Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yenidən təşkil olunur.

“Lökbatan Tibb Mərkəzi” Publik Hüquqi Şəxs 4 nömrəli Birləşmiş Uşaq Xəstəxanası hüquqi şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilir.

“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxs “Respublika Uşaq Klinik Xəstəxnaası” Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yendiən təşkil edilir.

“Nərimanov Tibb Mərkəzi” Publik Hüquqi Şəxs 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 8 nömrəli Şəhər Poliklinikası, 18 nömrəli Şəhər Poliklinikası və 6 nömrəli Uşaq Poliklinikası hüquqi şəxslərin ona qoşulması yolu ilə yenidən təşkil edilir.

“Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxs 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası və “2 nömrəli Doğum Evi” Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilir.

“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxs “1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası” Publik Hüquqi Şəxs, 2 nömrəli Şəhər Xəstəxanası, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Sumqayıt Uşaq Xəstəxanasının ona qoşulması yolu ilə yenidən təşkil edilir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir