hemle

“Semaşko”da müayinə aparatı işləmir: Xəstələr narazıdır

Tarix:12-07-2021, 12:03
Baxış Sayı:358

1 saylı Kliniki Tibbi Mərkəzdəki (Semaşko) tibbi avadanlıqların fəaliyyətində problemlər yaranıb.

Bu barədə “Report”a orada müayinələr zamanı sözügedən problemlə üzləşən pasiyentlər məlumat verib.

Taksikoloji-kimyəvi müayinələrin aparılması üçün istifadədə olan tibbi avadanlığın işlək olmaması xəstələr (onlar daha çox böyrək və qaraciyər köçürülmüş pasiyentlərdir) arasında narazılıqla qarşılanıb. Pasiyentlər aparatın işləməməsinin səbəbini soruşduqda həkimlər cavab verməyiblər. Amma xəstələrə bildirilib ki, sözügedən cihaz hələ daha bir müddət işləməyəcək.

1 saylı Kliniki Tibbi Mərkəzdən bildirilib ki, sözügedən aparat bir müddətdir fəaliyyətini dayandırıb. Qeyd olunub ki, bu, cihazın ehtiyat hissələrində yaranmış nasazlıqla əlaqədardır.

Həmçinin bildirilib ki, artıq avadanlığın dəyişilməsinə zəruri olan detalların xarici ölkədən gətirilməsi üçün sifariş edilib:

“Biz də gözləyirik, bu həftəyə və yaxud gələn həftəyə gəlməlidir. Bu cihazlar bahalıdır və ehtiyat hissələri də xaricdən gətirilir. Ona görə də buna zaman lazımdır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəz TƏBİB-in tabeliyində olsa da, xəstəxanadakı laboratoriya onların tabeliyində deyil. Bu səbəbdən Səhiyyə Nazirliyinə müraciət edilməsi tövsiyə edilib.

Səhiyyə Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, bu ilin aprel ayında “Semaşko”nun direktoru İlham Qafarov işdən çıxarılıb. Yeni direktor vəzifəsinə isə Könül Ələkbərova təyin olunub.

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat