hemle

Belə mənzillərdə yaşamaq psixi xəstəliklər yaradır

Tarix:26-07-2021, 22:40
Baxış Sayı:383

Yaşayış sahəsinin kiçik olması, xüsusən qonaq otağı ilə mətbəx və yataq otağının bir arada olması, otaqlarda pəncərələrin olmaması orda yaşayanların səhhəti üçün ciddi təhlükədir.

Bu barədə rusiyalı psixoterapevt Nadejda Dvoskina bildirib.

"Çox kiçik mənzil, bir otaqda bir neçə insanın yaşaması psixi pozuntulari, nevrozlar, konfliktlər, əsəb sarsıntısı, depressiya kimi xəstəlikləri artırır, ailədaxili münaqişə və boşanmalara səbəb olur.

Bu xüsusən 20-35 kv metrlik mənzil, bir otaqlı ev alıb, orda tək yox, arvadı və hətta körpəsi ilə yaşayan insanlara aiddir.
Onlar ilk başda mənzil tələbatlarını yaxşı götür qoy edə bilmir, təki öz evim olsun, pula qənaətli olsun deyə kiçik mənzil seçir. Lakin zamanla problemlər üzə çıxır. İnsanlar hətta sağlamlıq və ailədə baş verən problemin mənzilin sahəsindən irəli gəldiyini də başa düşmür.

35 kv metrlik yaşayış sahəsi yalnız tənha və işləyən insana uyğundur. Ailələr minimum 45-47 kv metrdən başlayan mənzillərdə yaşamalıdır. 3 nəfərlik ideal sahə isə 55-60 kv metr hesab edilir".

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir