hemle

Kirayə mənzillərin verilməsində qoyulan şərtləri yüngülləşdirmək lazımdır - Azay Quliyev

Tarix:26-04-2020, 00:45
Baxış Sayı:447

Sosial kirayə müqaviləsi əsasında yaşayış sahələrinin verilməsində bəzi şərtlər və prosedur qaydalar çoxlu sayda vətəndaşın bu imkandan yararlanmasında ciddi problemlər yaradır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin yaz sesiyasının bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, şərtlərə əsasən kirayə mənzil əldə etmək istəyən şəxsin bank öhdəliyi olmamalıdır, yəni, deyək ki, adamın 500 manatlıq krediti var və o buna görə kirayə mənzili üçün müraciət edə bilməz. Əgər vətəndaşın ödəmə qabiliyyəti varsa, o bankdan götürdüyü məbləğindən asılı olmayan hər hansı bir kreditə görə kirayə mənzil əldə etmək hüququndan məhrum olmamlıdır:

"Mən hesab edirəm ki, bu çox ağır şərtdir və bu şərti aradan qaldırmaq lazımdır. Çünki, söhbət aztəminatlı ailələrdən gedirsə, onların çoxunda bu və ya digər formada bank öhdəliyi vardır. Əgər bu tələb mənzilin kirayə haqqının ödənilməsində mümkün problemləri və ya riskləri önləmək məqsədi daşıyırsa, onsuzda digər şərtlər bu məsələni tənzimləyir, yəni ödəniş olmadığı təqdirdə müvafiq qaydalar işə düşür və hətta vətəndaşın mənzilə olan mülkiyyət hüququ itirilir.


2-ci məhdudiyyət isə kirayə mənzil almaq istəyən şəxsin məhkumluğu olmaması haqqında tələbdir. Bunu ümumiyyətlə anlamaq çətindir.

Bilirsiniz ki, törədilən cinayətin ağırlıq dərəcəsindən asılı olaraq şəxsin məhkumluq müddəti bir ildən 8 ilə qədər müəyyən edilə bilər. Belə çıxır ki, vətəndaş kirayə mənzil almaq üçün məhkumluğun olması səbəbindən 8 ilə qədər gözləməlidir. Məncə bu tələbə ehtiyac yoxdur. Çünki bu şəxs nə seçkili orqanlarda iştirak edir, nə də yüksək dövlət vəzifəsinə təyin olunmur ki, onun məhkumluğu nəzərə alınsın.

Digər tərəfdən şəxsin sosial problemlərinin həlli yolunda məhkumluğun əsas baryera kimi saxlanılması Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanunun ruhuna da tamamilə ziddir.

Əksinə bu cür insanların sosial problemləri daha tez həll olunmalıdır ki, onların təkrar cinayət törətməmələri üçün əlavə stimulları olsun. Ona görə də bu tələbin də şərtlər toplusundan çıxarılmasını vacib hesab edirəm.

Ümid edirəm ki, müvafiq dövlət qurumu bu məsələni nəzərə alacaq".

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ