hemle

Zakir Həsənov Ermənistan ordusunun səriştəsizliyindən DANIŞDI

Tarix:26-06-2021, 12:18
Baxış Sayı:307

“Ermənistanın hərbi rəhbərliyi çıxışlarında bildirib ki, onların idarəçiliyində səriştəsizlik var idi”.

Bu sözləri “REAL TV”yə müsahibəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

O bildirib ki, onlar öz qüvvələrini düzgün qiymətləndirə bilmirdilər:

“Müharibənin yeddinci günü mən hiss etdim ki, Ermənistanın hərbi rəhbərliyi ordunu idarə edə bilmir. Müharibə zamanı idarəçilik çox mühüm məsələdir. İdarəçiliyin düzgün təşkili üçün böyük məbləğdə pul xərclənir, avadanlıqlar alınır və s. Bəzi hallarda düşünürdüm ki, düşmən tərəfindən bu əməliyyatları hərbçi idarə etmir.

Hücumun təşkilində qərarsız olublar, nə aviasiya dəstəyi olub, nə artilleriya. Bu müharibə göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinin ordu idarəçiliyi yüksək səviyyədə qurulub”.

Z.Həsənov onu da əlavə edib ki, o, döyüş meydanında baş verən bütün prosesləri izləyib:

“Ali Baş Komandan da müharibənin gedişatını izləyirdi və öz istiqamətlərini verirdi”.

Digər xəbərlər
22:04 Dumana görə bu yolda sürət həddi endirildi
22:02 Londonda məşhur körpü bağlandı - Səbəb
21:59 Sağlam iftar süfrəsi üçün 10 vacib TÖVSİYƏ
21:53 Ramazan ayının on birinci gününün imsak, iftar və namaz vaxtları
21:50 Putin Sahibə Qafarovanı ordenlə təltif etdi
21:46 Sabah bu ərazidə qaz olmayacaq
21:42 Rusiyanın başı dərddə: Kiyev dəhşətli silah hazırlayır
21:38 Bayram günləri üçün əlavə qatar reysləri təyin edildi