hemle

Sağlam iftar süfrəsi üçün 10 vacib TÖVSİYƏ

Tarix:10-03-2025, 21:59
Baxış Sayı:434

Ramazan ayında sağlam qidalanmaq oruc tutanlar üçün vacibdir.

Qidalanma mütəxəssisi Tuba Örnek balanslı bir iftar süfrəsi üçün aşağıdakı tövsiyələri təqdim edir:

Sahurda lif və zülalla zəngin qidalar istehlak edin - Tərəvəz, meyvə, yulaf ezmesi və dənli çörəklər gün ərzində tox qalmağa kömək edir. Pendir, yumurta, qatıq və kefir kimi zülal mənbələrini unutmayın.

İftara xurma ilə başlayın - Xurma sürətli enerji verir və mədəni rahatladır. Ardınca yüngül şorba içmək həzm üçün faydalıdır.

Əsas yeməkləri sağlam hazırlayın - Qızartmadan, yüksək yağ və duz tərkibli qidalardan çəkinin. Salam, kolbasa və digər işlənmiş məhsullardan uzaq durun.

İftar süfrəsində qatıq və salata yer verin - Həzm prosesini asanlaşdırır və doyumluluğu artırır.

Su istehlakına diqqət yetirin - Yemək zamanı həzmi çətinləşdirməmək üçün az miqdarda içmək, lakin iftardan sonra su qəbulunu artırmaq vacibdir.

Kofeinli içkiləri məhdudlaşdırın - Çay və qəhvə bədəndə maye itkisinə səbəb ola bilər. Orta səviyyədə istehlak edin.

Şirniyyat seçimlərinə diqqət edin - Şərbətli şirniyyatlar əvəzinə süd məhsulları ilə hazırlanan desertlər, meyvələr və ya qoz-fındıq seçmək daha sağlamdır.

Həddindən artıq yeməkdən çəkinin - Uzun aclıqdan sonra birdən-birə çox yemək həzmi çətinləşdirir və sağlamlığa zərər verə bilər.

Duz və şəkər istifadəsini azaldın - Şəkər və duzlu qidalar orqanizmə əlavə yük yaradır.

Fiziki fəaliyyətə davam edin - İftar və sahur arasında yüngül hərəkətlər həzm sisteminə kömək edir.

Bu tövsiyələrə əməl edərək Ramazan ayında sağlamlığınızı qoruya bilərsiniz.

Digər xəbərlər
19:06 Rusiyadan vətəndaşlarına çağırış: Bu ərazilərə getməyin!
19:04 Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ
19:02 Ayağınızda bu izlər varsa, diqqət! - Beyinlə əlaqəsi üzə çıxdı
19:00 28 şəhər bu tarixə qədər yox ola bilər - Yerin altına batır
18:59 Prezidentdən mühüm mesaj: Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur
18:57 Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu
18:56 İlham Əliyev Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak etdi
18:50 Tramp elan etdi: Hindistan və Pakistan atəşkəsə razılaşdı