hemle

Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu

Tarix:Bu gün, 18:57
Baxış Sayı:455

 

Türkiyə və İsrail hərbi imkanları Cammu və Kəşmirdə üz-üzə gəlib.

Bu barədə politoloq Turab Rzayev bildirib.

O qeyd edib ki, Türkiyə İsrail proksi müharibəsinin müsbət və mənfi tərəfləri var:

"Mənfi tərəfi odur ki, Azərbaycan iki yaxın müttəfiqi, iki strateji dəstəkçisi arasındakı mübarizədə sıxılır. Tərəflər arasında potensial müharibə bizim gücümüzü azaldır və rəqiblərimizə şans yaradır.

Müsbət tərəf isə ondan ibarətdir ki, tərəflər açıq müharibə aparmağın ağılsızlıq olduğunu başa düşürlər. Suriyada açıq qarşıdurmaya getmirlər. Əvəzində öz güclərini Kəşmirdə sınayırlar.

İkincisi, Kəşmirdə artıq tərəflərin texniki və texnoloji üstün və zəif cəhətləri bilindiyi üçün potensial müharibə riski daha da azalır. Tərəflər kompromisə daha çox meyilli olurlar..."

Qeyd edək ki, Türkiyə və Çinin hərbi texnologiyasından istifadə edən Pakistan İsrail və Qərb texnologiyasına əsaslanan Hindistanı 6 may gecəsi və ondan sonrakı qarşıdurmalarda darmadağın edib. Hindistanın Fransa istehsalı "Rafale" də daxil olmaqla, 5 qırıcısı, onlarla PUA-sı məhv edilib. Məhv edilən PUA-lar içərisində xüsusilə İsrail istehsalı "Harop"lar diqqət çəkib.

Digər xəbərlər
19:06 Rusiyadan vətəndaşlarına çağırış: Bu ərazilərə getməyin!
19:04 Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ
19:02 Ayağınızda bu izlər varsa, diqqət! - Beyinlə əlaqəsi üzə çıxdı
19:00 28 şəhər bu tarixə qədər yox ola bilər - Yerin altına batır
18:59 Prezidentdən mühüm mesaj: Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur
18:57 Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu
18:56 İlham Əliyev Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak etdi
18:50 Tramp elan etdi: Hindistan və Pakistan atəşkəsə razılaşdı