hemle

28 şəhər bu tarixə qədər yox ola bilər - Yerin altına batır

Tarix:Bu gün, 19:00
Baxış Sayı:455

Yeni elmi araşdırma ABŞ-ın ən sıx məskunlaşdığı 28 şəhərinin torpaq səviyyəsinin ildə 2 ilə 10 millimetr arasında dəyişən sürətlə batdığını ortaya qoyub. Alimlərin peyk radar ölçmələrinə əsaslanan tədqiqatı Nyu-York, Çikaqo, Dallas, Denver və Hyuston da daxil olmaqla böyük şəhərlərdə ciddi çöküntü proseslərinin getdiyini sübut edib.

Virciniya Politexnik İnstitutu və Virciniya Dövlət Universitetindən olan tədqiqatçılar yüksək ayırdetməli peyk məlumatlarından istifadə edərək bu şəhərlərin ətraflı batma xəritələrini hazırlayıblar. Nəticələrə görə, tədqiq olunan 28 şəhərin hər birində ərazilərin ən azı 20 faizi batmaqdadır. Bu şəhərlərin 25-də isə torpaqların azı 65 faizi batma prosesinə məruz qalır.

Texas ştatının şəhərləri arasında ən yüksək batma göstəricisi Hyustona məxsusdur. Məlum olub ki, şəhərin təxminən 40 faizi ildə 5 millimetrdən çox, 12 faizi isə 10 millimetr sürətlə batır.

Tədqiqatın müəllifi Leonard Oçençen xəbərdarlıq edib:
"Hətta torpağın kiçik miqyasda batması zamanla binaların, yolların, körpülərin və dəmir yollarının struktur təhlükəsizliyini poza bilər."

Təbii geoloji proseslər torpaq çökməsinə səbəb olsa da, bu araşdırmaya görə ABŞ şəhərlərində bu halın 80 faizi insan fəaliyyəti ilə - xüsusilə yeraltı suların həddindən artıq çəkilməsi ilə əlaqələndirilir.

Tədqiqatçılar bildirirlər ki, şəhər inkişafı davam etdikcə bu problemin daha da dərinləşəcəyi gözlənilir. Xüsusilə sahilyanı şəhərlər, dəniz səviyyəsinin yüksəlməsi fonunda daha böyük risk altındadır. Həmçinin, daxili şəhərlərdə baş verən çöküntülər onları daşqınlara qarşı daha həssas hala gətirir.

Bundan əlavə, qeyri-bərabər torpaq batmaları binaların və infrastrukturun sabitliyinə ciddi təsir edə bilər.

Digər xəbərlər
19:06 Rusiyadan vətəndaşlarına çağırış: Bu ərazilərə getməyin!
19:04 Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ
19:02 Ayağınızda bu izlər varsa, diqqət! - Beyinlə əlaqəsi üzə çıxdı
19:00 28 şəhər bu tarixə qədər yox ola bilər - Yerin altına batır
18:59 Prezidentdən mühüm mesaj: Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur
18:57 Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu
18:56 İlham Əliyev Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak etdi
18:50 Tramp elan etdi: Hindistan və Pakistan atəşkəsə razılaşdı