hemle

Elmar Qasımov eyvandan pul səpdi, millidən qovuldu - Video

Tarix:18-06-2021, 13:11
Baxış Sayı:325

Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımovun İnstaqram hesabında paylaşdığı video tənqid edilib. “Qafqazinfo” xəbər verir ki, görüntülərdə məşhur idmançı eyvandan dollar əsginaslarını küçəyə səpir.

Onun bu davranışı birmənalı qarşılanmayıb. İctimai şəxs kimi idmançının bu hərəkətinin yolverilməz olduğu bildirilib.

Azərbaycan Cüdo Federasiyasının mətbuatı xidməti məsələ ilə bağlı hemlemedia.az a açıqlamasında Elmar Qasımova belə hərəkətlərinə görə dəfələrlə xəbərdarlıq edildiyini bildirib:

“Olimpiya mükafatçısıdır, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Lakin o, İnstaqram hesabında müxtəlif videolar paylaşır və bu görüntülər dəfələrlə etirazlara səbəb olub. Bununla bağlı onunla bir neçə dəfə danışsaq da, əhəmiyyət verməyib. Elmar Qasımova yığma komandada son şans da verdik. Onu Budapeştdə keçirilən dünya çempionatına göndərdik. Lakin orda da uduzdu və ümidlərimizi boşa çıxardı. Qasımov son paylaşdığı videoya görə milli komandadan kənarlaşdırılıb. Yığmamız Şahdağda təlim-məşq toplanışı keçsə də, o, heyətə qatılmayıb. İnstaqram Elmarın şəxsi hesabıdır və biz sırf ona hər hansı qadağa qoya bilmərik. Lakin artıq idmançı kimi millidə yer almayacaq”.

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?