hemle

“ƏŞİ, SƏN ALLAH BƏSDİR, BU SAATDA ADAMA SUAL VERƏRLƏR?” — ELMAR MƏMMƏDYAROV

Tarix:15-07-2020, 23:34
Baxış Sayı:559

Xəbər verildiyi kimi ölkə başçısı İlham Əliyev hökumətin müşavirəsində xarici işlər naziri Elmar Məmmədyarovu sərt tənqid edib. Ölkə başçısı XİN rəhbərinin son gərgin günlərdə iş başında olmamasını, son zamanlar fəaliyyətində neqativ hallara yol verməsini sərt qınayıb. Bəs görəsən, Elmar Məmmədyarov ölkə başçısının tənqidlərini qəbul edirmi?

ATESH,AZ saytı ONN media agentliyinə istinadən xəbər verir ki, bu suala aydınlıq gətirmək üçün Gununsesi.org nazirin özü ilə əlaqə saxlayıb.

Sualımı eşidən nazirin dediklərini olduğu kimi təqdim edirik :

“Əşi, sən Allah bəsdir. Soruşmağa mövzu yoxdur? Bu nə sualdır axı? Həm də bu saatda adama sual verərlər? Sabah Leyla Abdullayevaya zəng et, cavablandırsın”.
ATESH,AZ

Digər xəbərlər
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR
09:56 Robotlar üçün özünü bərpa edən əzələlər yaradıldı
09:51 Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi