İllərdir Azərbaycanın başı üstünü illərdir qara buludlar alıb. Taleyin acı qismətindən biz ermənilərlə qonşu yaşamaq məcburiyyətindəyik. Evimizdən ev, çörəyimizdən çörək verdiyimiz nankor erməni millətinin məkirli əməllərinin acı nəticələri bizim vətənimiz üçün çox fəlakətlər gətirib. Ermənistanın terror əməlləri nəticəsində bir milyon Azərbaycan əhalisi 30 ildir qaçqın və məcburi köçkündür, vətən həsrəti ilə yaşayırlar. Azərbaycan ordusunun rəşadət nəticəsində 300 illik erməni və tərəfdarlarının işğal etdikləri Qarabağ ərazilərinin böyük bir hissəsi işğaldabn azad edilib. Lakin ermənilərin iyrənc əməlləri nəticəsində Qarabağ əhalisi öz tarixi torpaqlarına, dədə baba yurdlarına köçüb yaşaya bilmirlər. Qarabağ Ermənistan Ordusu və Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən işğal edildikdən sonra Qarabağda boş qalan evlərimizə qeyri qanunu köç edib yaşayan ermənilərin və Ermənistan ordusunun minaladığı ərazilərimizdə hər gün yeni qətllər baş verir. Ermənistanın minaladığı ərazilərimizdə vətəndaşlarımız öz vətənində terrorun qurbanı olurlar. Ermənistan isə minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Qarabağa, Azərbaycan ərazilərinə sülha yaratmaq adı ilə daxil olmuş. Rusiya “sülhməramlı” ordusu isə bu məsələlərə ancaq seyrçi olmaqla işini bitmiş hesab edir. 2020-ci ilin 10 noyabr tarixində imzalanmış anlaşmada nəzərdə tutulan məsələlərin həllində Rusiya konkret tələb ortaya qoymur. Məqsəd isə Rusiyanın ömürlük Qarabağda qalması niyyətidir. Nəticədə günhasız insanlarımız Ermənistanın və sözdə günahsız sayılan ermənilərin minaladığı ərazilərdə Azərbaycan vətəndaşları erməni terrorunun qurbanına çevrilirlər.
Azərbaycan Televiziyasının müxbirlərinin olduğu xidməti avtobus Kəlbəcər istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Biz Azərbaycan qadınları olaraq Ermənistanın və ermənilərin terror əməllərini pisləyir, qəti etiraz edirik. Dünyanın bütün mətbuatını, özünə hörmət edən Beynəlxalq təşkilatları Azərbaycan jurnalistlərinin terror qurbanı olmasına etiraz etməyə çağırırıq.
Hörmətlə;
MVQSYİB-nin sədri Radə Abbas