hemle

Azərbaycanın parlaq qələbəsi nəticəsində ikili standartlar siyasəti dəf edildi

Tarix:1-06-2021, 20:38
Baxış Sayı:245

30 ilə yaxın bir müddətdə davam edən və artıq tarixə qovuşmuş Ermənistan - Azərbaycan münaqişəsinin illər öncə həll edilməsi üçün dövlətimiz diplomatik, dinc vasitələrə üstünlük versə də, uzun müddət ərzində beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən, beynəlxalq hüquqa açıq-aşkar hörmətsizlik nümayiş etdirən, bəşəriyyəti sarsıdan ən ağır cinayətlər – soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədən Ermənistana rəvac verən, onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq qurumlarin davranışı ikili standartların tətbiqinin bariz nümunəsi olmuşdur.

ATƏT-in Minsk qrupu heç bir əməli fəaliyyət nümayiş etdirməyib, Azərbaycanın milli maraqlarına cavab verməyən status kvonun saxlanılmasına, münaqişənin həlli üçün qarşılıqlı kompromislərin qaçılmaz olduğu haqqında əhəmiyyətsiz çağırışlar etməyə üstünlük verirdi. Bu qurumun hansı məqsədlərə xidmət etdiyi 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlanan 62/243 saylı qətnamənin qəbul edilməsi prosesində özünü qabarıq şəkildə göstərdi.

BMT-nin Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamədə ölkəmizin suverenliyi və ərazı bütövlüyü təsdiq edilməsinə, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin yolverilməzliyinin vurğulanmasına baxmayaraq, 62/243 saylı qətnamənin qəbulu zamanı Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləri bu mühüm sənədin qəbulunun əleyhinə səs vermişlər. Təəcüb doğuran məqam ondan ibarət idi ki, Baş Assambleyada müzakirəyə təqdim olunan qətnamədə Azərbaycan Respublikasının beynəlxalq sərhədləri çərçivəsində suverenliyin və ərazi bütövlüyünün dəstəklənməsi, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində göstərilən işğalçı qüvvələrin Azərbaycanın ərazisindən “dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması”, heç bir dövlət tərəfindən işğal nəticəsində yaranmış vəziyyətin tanınmaması və belə vəziyyətin davam etməsinə səy göstərməməsi və s. mühüm məsələlər əksini tapmışdır.

Beləliklə, işğalçı Ermənistana təzyiq etmək, beynəlxalq hüquqdan irəli gələn sanksiyalar tətbiq etmək, təcavüzkarı sülhə məcbur etmək əvəzinə, beynəlxalq təşkilatlar və bəzi dövlətlər yalnız seyrçi mövqeyi tutmağa üstünlük vermişlər. Həmçinin qeyd etmək lazımdır ki, Ermənistanın silahlı qüvvələri tərəfindən çoxsaylı təxribatların törədilməsi müharibəni qaçılmaz etdi.

Belə şəraitdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Ordumuzun beynəlxalq hüquqa əsaslanan qətiyyətli cavabı dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpasi ilə nəticələndi. De fakto və de jure beynəlxalq hüquq döyüş meydanında bərpa olundu, fəaliyyət qabiliyyəti nümayiş etdirməyən beynəlxalq təşkilatlar və beynəlxalq birlik ölkəmizin gücünə şahidlik etdi.

Nizami Səfərov,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?