hemle

Beynəlxalq münasibətlər sistemində,,ikili standartlar” siyasətinin hökmranlığı təəssüf doğurur

Tarix:29-04-2021, 12:51
Baxış Sayı:307

Əsrlər boyu xalqımızın qanına susamış mürtəce qüvvələrin Azərbaycan xalqına qarşı yönəlmiş məkrli siyasəti 1813 və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələrinin həyata keçməsi ilə nəticələndi.Araz çayı sərhəd qəbul edilməklə tarixi torpaqlarımızı iki yerə bölərək çoxəsrlik dövlətçilik ənənələrinə malik tarixi Azərbaycan əraziləri rus imperializminin əsarəti altına keçdi və rus irticaçılarının həyata keçirtdikləri demoqrafik dəyişikliklər nəticəsində 10 minlərlə erməni ailəsi tarixi torpaqlarımız olan Qarabağa köçürüldü.Beləliklə də sonrakı dövrlərdə Azərbaycan xalqının başına gətiriləcək müsibətlərin əsası qoyuldu.1828-ci ildən başlayaraq azərbaycanlıların tarixi ata-baba yurdlarından kütləvi surətdə qovulub çıxarılmağına start verildi və əzəli Azərbaycan torpaqları işğal edildi.Uzun müddət bu torpaqların həsrətini çəkdik,erməni dığalarına məğlub xalq kimi uzun müddət bu acını içimizdə yaşadıq.
2020-ci il sentyabrın 27-də mənfur erməni silahlı birləşmələri təxribat törətmək məqsədilə növbəti dəfə ərazilərimizə hücum etdi.Azərbaycan Ordusu hissələri hücumun qarşısını qətiyyətlə alaraq bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı və yüksək vətənpərvərlik,dövlətə,dövlətçiliyə sədaqətin əminliyi, təzahürü kimi bir birinin ardınca işğal ərazilərimiz azad edildi.44 gün ərzində düşmən diz çökdü.Ali Baş Komandan cənab İlham Əliyevin əzmi, qətiyyəti,siyasi bacarığı,dəmir yumruğu, övladlarımızın qəhrəmanlığı,misilsiz şücaəti sayəsində Azərbaycan dövlət sərhədləri bərpa edildi,30 illik həsrətə son qoyuldu.Qarabağ uğrunda erməni işğalçılarına qarşı mübarizədə Türkiyə Cümhuriyyətinin haqq işimizi müdafiə etməsi,qədim tarixə malik milli mənəvi və dini dəyərlərimizə ehtiram əlaməti olaraq ürəkdən gələn etibarlı qardaş və sədaqətin bariz nümunəsidir. Çox təəssüf ki, dünyanın mürtəce qüvvələri Azərbaycanın bu haqq işini dəstəkləməkdən daha çox erməni şovinizminə xidmət edir və beynəlxalq münasibətlərdə “ikili standartlar” siyasətini həyata keçirir. Qondarma “Erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ prezidenti C.Baydenin 24 aprel tarixli bəyənatı beynəlxalq münasibətlər sistemində ikili standartların təzahürüdür. 100 il bundan əvvəl baş vermiş hadisələr yanlış şəkildə təqdim edilərək, 30 il bundan əvvəl ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymət verilməməsi qərəzli və ikili standart nümunəsidir. Bəzi ölkə rəhbərlərinin 1915-ci il hadisələrinin maraqlarına uyğun şəkildə siyasiləşdirmək cəhdləri qəbul edilməzdir. “Qondarma erməni soyqırımı” məsələsini siyasiləşdirərək gündəmə gətirənlər həmin dövrdə erməni silahlı qüvvələri tərəfindən beş yüz mindən çox insanın kütləvi öldürülməsi halları, eyni zamanda erməni cəlladlarının 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər rayonlarında törətdikləri kütləvi qırğınlara münasibətdə , təssüf ki, susqunluq nümayiş etdirirlər.
Son illər qondarma ,,erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə ermənistan və erməni lobbisi deyil eyni zamanda regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir.
Yaxşı olardı ki həmin güclər “Tarixi həqiqətlər axtarışı”da olan qüvvələr erməni millətçilərinin mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını aparaydılar.Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atmışlar.
Qardaş Türkiyəyə dəstək naminə “iki dövlət bir millət” prinsipinə uyğun olaraq Azərbaycan növbəti dəfə siyasi həmrəylik göstərərək bu mənfur ikili siyasəti qətiyyətlə pisləmiş və hər zaman qardaş Türkiyənin yanında olduqlarını bəyan etmişdir.
Ziyalı olaraq 24 aprel 2021-ci il tarixində Amerika prezidenti C.Baydenin məlum çıxışını qətiyyətlə pisləyir və bu bəyənatı Azərbaycan Türkiyə birliyinə, qardaşlığına qarşı yönəlmiş bir siyasi təxribat kimi dəyərləndirirəm.

Qurbanov Hakim Mirzə oğlu Masallı rayonu, ziyalı

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...