hemle

Ötən ilin müdafiə və təhlükəsizlik xərcləri AÇIQLANDI

Tarix:24-05-2021, 11:39
Baxış Sayı:331

2020-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 16,8 faizi həcmində və ya 4 milyard 425,4 milyon manat vəsait yönəldilib.

Bununla bağlı “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

Sənəddə yazılıb ki, bu rəqəm 2019-cu illə müqayisədə 1 milyard 63 milyon 800 min manat çoxdur.

Sənəddə o da bildirilir ki, büdcədən müdafiə xərclərinə əlavə ayrılmış vəsait hesabına yeni hərbi texnika alınıb.

Həmçinin ön cəbhəyə ezam olunmuş hərbi qulluqçuların və səfərbərliklə hərbi xidmətə çağrılmış heyətə xidmət etdiyi müddətdə aylıq vəzifə maaşı və ona müəyyən edilmiş aylıq əlavənin ödənilməsi qarşılanıb.

Qeyd edək ki, layihə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat