hemle

İlham Əliyev Lukaşenko ilə telefonla danışdı

Tarix:22-05-2021, 15:06
Baxış Sayı:278

Azərbaycan Prezidenti İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun telefon danışığı olub.

Bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, liderlər hər iki ölkədəki vəziyyəti müzakirə edib, aktual məsələlər üzrə fikir mübadiləsi aparıblar. Bundan əlavə, dövlət başçıları ticarət dövriyyəsinin artdığını və ikitərəfli münasibətlərin inkişafında böyük potensialın olduğunu məmnunluqla qeyd ediblər.

“Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verdi, məlum hadisə ilə bağlı Azərbaycanın mövqeyini ortaya qoydu. Aleksandr Lukaşenko vəziyyətin yaxın günlərdə həll olunacağına ümid etdiyini bildirdi”, - deyə məlumatda qeyd olunur.

Prezidentlər telefon danışığı zamanı ikitərəfli əlaqələrin inkişafı ilə bağlı da müzakirələr aparıblar.

Ölkə rəhbərləri əməkdaşlıq sahələrini və Lukaşenkonun bu yaxınlarda Azərbaycana səfəri zamanı əldə olunan razılaşmaların həyata keçirilməsini ətraflı müzakirə ediblər.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir