hemle

PUTİNLƏ LUKAŞENKO TELEFONDA DANIŞDILAR

Tarix:24-08-2020, 19:44
Baxış Sayı:402

Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

hemlemedia.az saytı ONN media agentliyinə istinadən xəbər verir ki, dövlət başçıları prezident seçkilərindən sonra Belarusda yaranan vəziyyəti müzakirə ediblər. Lukaşenko ölkədə vəziyyətin normallaşması üçün görülən tədbirlər barədə məlumat verib.

Daha sonra ölkə başçıları koronavirusla mübarizə məsələsini müzakirə ediblər. Məlumata görə, Rusiya virus əleyhinə peyvəndi ilk olaraq Belarusa göndərəcəyini vəd edib. Bundan başqa, Belarus vətəndaşları vaksinin sınaqlarının üçüncü mərhələsində iştirak edəcəklər.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkilərindən sonra etirazlar başlayıb. Müxalifət nümayəndələri Lukaşenkonun 80,1 faiz səslə qalib gəldiyi seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər.
hemlemedia.az

Digər xəbərlər
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
16:01 Rusiya aerodromları vurulur: 40 təyyarə məhv edildi
15:57 Smartfonunuzdakı yeddi ən təhlükəli PROQRAM
15:45 Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi - Yeniləndi
15:40 Güclü maqnit qasırğası müşahidə olunur - Rabitədə problemlər yarana bilər
10:25 "Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj
10:20 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
10:18 Diş ağrısı deyib keçməyin - VACİB XƏBƏRDARLIQ